Paşinyanın "göydən yerə enmək" vaxtı çatıb - Ona bəzi şeyləri başa salmaq lazımdır
ATƏT-in Minsk qrupunun həmsdərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair Əliyev-Paşinyan formatında rəsmi görüşün hazırlanması ilə açıqlama verdilər. Görüşün yeri və vaxtı barədə əlavə məlumat veriləcək. Yüksək səviyyədə danışıqların keçirilməsi faktının özünü yalnız alqışlamaq olar. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları onların məhsuldarlığını şübhə altına alır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Millət vəkili qeyd edir ki, Ermənistanın baş nazirinin danışıqların formatını dəyişmək cəhdi sülh prosesini rədd edir: "Paşinyan artıq uzun müdddətdir ki, inadla deyir ki, Dağlıq Qarabağın nümayəndələrinin iştirakı olmadan danışıqlarda nəticə əldə etmək mümkün deyil. Guya çünki Dağlıq Qarabağ erməniləri ona səs verməyiblər və onların adından danışmaq hüququ yoxdur.
Bakıdan dəfələrlə bütün səviyyələrdə bəyan edilib ki, danışıqlar masasında marionet separatçı rejimin nümayəndələrinin oturmasını qəbul etməyəcəklər.
Moskva XİN-nin dili ilə diplomatik şəkildə bəyan edib ki, buna etiraz etmirlər, lakin bunun üçün mütləq Azərbaycanın razılığı olmalıdır, o da ki məlum olduğu kimi yoxdur və olmayacaq da. Brüsseldə Avropa İttifaqı Şurasının sədri Donald Tuskun, AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin və Avrokomissar Yohannes Hanın səviyyəsində dedilər ki, Paşinyanın təklif etdiyi danışıqların formatının dəyişdirilməsi məsələsi münaqişənin sülh ilə tənzimlənməsi prosesini rədd edir və dəstək almayacaq.
Lakin qorxuram ki, Paşinyan çətin ki xarıcı qiymətləndirmələri və məsləhətləri qəbul etsin. Xasiyyətcə isterik və üstəlik, nasizmə meylli subyekt olan Paşinyan öz ağlı ilə gəldiyi nəticələri dəyişməz həqiqi və inandırıcı hesab edir, digər bütün qeyd və iradların hamısını süpürüb atır.
Serj Sarkisyan rejimini asanlıqla devirməsi və özünə hakimiyyətin zirvəsində yer edə bilməsi, görünür, Ermənistanın hazırkı Baş nazirinə öz bacarıqlarını şişirtmək düşüncəsi və siyasətdə mümkün şeylərin sərhədləri barədə yanlış mühakimələr yürütməyi təlqin edib.
Ona görə də Paşinyan növbəti görüşdə də öz Qarabağ marionetlərinin təmsil olunması məsələsini müzakirəyə soxuşdurmağa cəhd edəcəyinə hazır olmaq lazımdır".

Bu, 10 minlik Ermənistan ekspedisiya korpusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Axı məhz buna görə Bakı İrəvanla danışıqlar aparır.
Paşinyanın Dağlıq Qarabağın səsinin eşidilməsinin vacibliyi barədə demoqoqcasına cəfəng şeylər söyləməsinə gəlincə, ona xatırlatmaq lazımdır ki, orada əhali təkcə ermənilərdən deyil, həm də öz evlərindən qovulmuş və öz torpağında sülh və təhlükəsizlik şəraitində yaşamaq imkanından məhrum edilmiş 50 min azərbaycanlıdan da ibarətdir.
Gələcəkdə ərazinin statusunu dialoq əsasında hər iki Qarabağ icması təyin etməlidir. Bu, danışıqlar formatında da belə nəzərdə tutulur".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Azərbaycanlı xanəndənin toyudur - Video
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır





