Siyasət
Azərbaycan və Ermənistan prezidentlərinin Astana görüşünə dair müzakirələr aparılır
6 Aprel 2010 11:55
Baxış: 183
Bunu Trend-ə ATƏT-in fəaliyyətdə olan sədrinin yubadılmış münaqişələr üzrə xüsusi elçisi Bolat Nurqəliyev deyib. Onun sözlərinə görə, başa düşmək lazımdır ki, yubadılmış münaqişələr çox mürəkkəb vəziyyət yaradır: "Bu illər ərzində adamlar çox əziyyət çəkiblər. Lakin biz hesab edirik, ATƏT-in fəaliyyətdə olan sədri kimi Qazaxıstanın da mövqeyi birmənalıdır. Azərbaycanın, Gürcüstanın və ya Moldovanın ərazi bütövlüyü danılmazdır. Ərazi bütövlüyü müqəddəsdir".
Onun sözlərinə görə, Qazaxıstanın bu mövqeyi təkcə beynəlxalq prinsiplərə əsaslanmır, həm də respublikanın özünün tarixi ilə əlaqələndirilir: "Biz hazırda sahib olduğumuz torpağı (Qazaxıstanın indiki ərazisi) uzun əsrlər boyunca müdafiə edən xalqıq və odur ki, ərazi bütövlüyü məsələsinə başqa cür yanaşa bilmərik".
ATƏT-in xüsusi elçisi qeyd edib ki, hansı yubadılmış münaqişələrlə bağlı tərəflərin mövqelərində ciddi fikir ayrılıqları var, bu münaqişələrə dair danışıqlar prosesini çox incəliklə aparmaq lazımdır: "Hələlik biz yubadılmış münaqişələr zonasında, məsələn, Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə planımızın mahiyyətini mətbuata açıqlaya bilmərik. İlk növbədə, biz nail olmalıyıq ki, təklif etdiyimiz addımları iş apardığımız tərəflər dəstəkləsinlər".
Bolat Nurqəliyev bildirib ki, fəaliyyətdə olan sədr Azərbaycan və Ermənistan, həmçinin, Moldova və Dnestryanı liderlərinə neytral ərazidə - Astanada görüşməyi təklif edib. "Biz bu il mayın 25-də Astanada Moldova və Dnestryanı arasında danışıqların aparılmasını təklif etmişik. Biz bilərəkdən belə təşəbbüsü irəli sürmüşük. Belə ki, əvvəllər bu cür görüşlər Vyanada keçirilib. Astana görüşü ilə atmosfer dəyişikliyi olacaq və bu, iştirakçılara problemə başqa cür nəzər salmaqda kömək edəcək".
Azərbaycan və Ermənistan prezidentlərinin Astana görüşünə gəlməyə razılıq vermələri və görüşün nə zaman keçiriləcəyi barədə sualın cavabında Bolat Nurqəliyev deyib: "Hələlik Azərbaycan və Ermənistan liderlərinin Astana görüşünə dair məsələ müzakirə prosesindədir".

/Trend/
DİGƏR XƏBƏRLƏR
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Səhiyyə Nazirliyindən apteklərə xəbərdarlıq: Bu xidmət qanunsuzdur
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Rusiyada azərbaycanlı iş adamına 6 milyondan çox cərimə kəsildi
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Hava ilə bağlı son məlumat - (Yenilənib)
-
Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
-
Ronaldonun azarkeşlərinə jesti diqqət çəkdi (Video)
-
Bakıda qadın hamamda öldü
-
“Turan Tovuz”un məşqçisi 3 oyunluq cəzalandırıldı
-
Röya: "Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram"
-
Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...
-
Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı
-
ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
-
AAAF Parkda təhlükəli mənzərə: Tikinti ayaqaltıları standartlara uyğun deyil? - (Foto)
-
Bakıya dolu yağır - (Video)
-
Müharibə veteranlarına hansı güzəştlər edilir?
-
Ada Süleymanovanın doğum günündə Anarın yer aldığı görüntü - (Video)
-
Şəfqətin kölgəsi: Akademik Adilə Namazova - 100 - (Foto)
-
Hacıqabulda kürəkən qayınatasını öldürdü
-
Azərbaycanda “Temu”ya qarşı iş başlana bilər - Səbəb
-
3-cü dəfə evləndi: İki xanımı xeyir-duaya gəldi (Video)
-
Bakıda iki azyaşlı bacının ölümü ilə bağlı TƏBİB-dən açıqlama
-
Müğənni Nəfəsə ağır itki
-
İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı