İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub - FOTO
Ölkəmizdə səfərdə olan İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati oktyabrın 19-da Heydər Əliyev Mərkəzini ziyarət edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub. Qeyd edilib ki, muzeydə ümummilli lider Heydər Əliyevin irsi və Azərbaycan tarixinə dair materiallar təqdim edilir. İnteraktiv formada təqdim edilən foto və video materiallar ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycan tarixinin müxtəlif dövrləri üzrə geniş məlumat əldə etməyə imkan yaradır.
Daha sonra Maria Elisabetta Alberti Kasellati Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş "Əbədiyyət xəzinəsi" adlı sərgi ilə tanış olub.
Senatın sədrinin diqqətinə çatdırılıb ki, "Əbədiyyət xəzinəsi" sərgisi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib. Bu sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır.
Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan fərmanın fotoşəkli də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin "Şah İsmayıl" operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya - bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür.
Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasından ilk dəfə Azərbaycana gətirilən iki orijinal portreti qonaqda maraq doğurub. Kristofano Dell'Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunu təşkil edir.
Sonra xanım Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki "Mini Azərbaycan" sərgisinə baxıb. Qonağa məlumat verilib ki, bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkənin zəngin memarlıq nümunələrini görmək imkanı var.
Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldığını bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib





