Azərbaycanın qanunvericilik bazası ən yüksək meyarlara cavab verir
"Dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar xüsusi iclasın keçirilməsinin böyük siyasi əhəmiyyəti vardır".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Milli.Az-a açıqlamasında bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edir: "AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib. Ümumiyyətlə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Bu gün isə Azərbaycan Respublikası AXC-nin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir. Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunub, dünya birliyinə inteqrasiya yolunu uğurla keçib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan çox sürətlə inkişaf edərək iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətlərdən birinə çevrilib.
AXC-nin Azərbaycanın dövlətçilk tarixindəki rolu isə daim xatırlanır. Prezidentin 2017-ci ilin 16 may tarixində AXC-nin 100 illik yubileyi haqqında imzaladığı Sərəncam buna bariz nümunədir. 2018-ci ilin "Cümhuriyyət ili" elan olunması, Milli Ordunun yaranmasının, eləcə də Bakının daşnak-bolşevik işğalından azad olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradlar, Mili Məclisin 21 sentyabr 2018-ci il tarixdə keçirdiyi təntənəli xüsusi iclas bir daha deməyə əsas verir ki, Azərbaycan Respublikası AXC-nin layiqli, sədaqətli varisidir.
Bu təntənəli xüsusi iclasın keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir".
Qeyd edək ki, 21 sentyabr 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları iştirak edib və böyük nitq söyləyib. Təntənəli iclasda 20-dən çox ölkənin parlament sədrləri və parlament sədrləri müavinləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də daxil olmaqla ümumilikdə 150-dən çox nümayəndə iştirak edib.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"





