Siyasət
Ramiz Mehdiyev: "Türkiyənin məruz qaldığı ikili standartlara qarşı mübarizədə Azərbaycan hər zaman onun yanındadır"
1 Aprel 2010 22:29
Baxış: 363
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyə paytaxtında bu gün səfərin ikinci günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə bildirib.
Aprelin 1-də Davudoğlu Ramiz Mehdiyevin və nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edib.
Türkiyə xarici siyasət idarəsinin başçısı Ankaranın xarici siyasət kursundan ətraflı bəhs etmiş, Türkiyənin hər zaman qardaş Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini vurğulayıb.
Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti daha sonra Ankaradakı Heydər Əliyev Parkına gəlib. Xalqımızın ümummili lideri Heydər Əliyevin burada ucaldılmış abidəsinin önünə tər çiçəklər qoyulub. Nümayəndə heyəti parkı gəzib, buradakı abadlıq işlərindən məmnun qalıb.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırıb. Rəcəb Tayyib Ərdoğan da onun səmimi salamlarını Azərbaycan dövlətinin başçısı İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Tərəflər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonra Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinlə görüşüb. Məhmət Əli Şahin bildirmişdir ki, qardaş ölkələrimizin parlamentləri arasında təkcə sədrlər səviyyəsində deyil, müxtəlif səviyyələrdə faydalı əməkdaşlıq mövcuddur. Deputatlarımız beynəlxalq konfranslarda və tədbirlərdə ölkələrimizin maraqlarını birgə müdafiə edirlər. Türkiyə parlamentinin sədri Azərbaycanın sürətli inkişafına və beynəlxalq aləmdə getdikcə güclənməsinə diqqət çəkib.
Ramiz Mehdiyev bildirib ki, Türkiyə dünya və bölgə siyasətində mühüm rolu olan böyük dövlətdir. Son illər qardaş dövlətimizin beynəlxalq nüfuzu getdikcə artır. Bu fikirlər Rəcəb Tayyib Ərdoğanla görüşdə də səsləndi. Bizim dövlət və hökumət nümayəndələrimiz daha tez-tez görüşməlidirlər.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ölkəmizin işğal olunmuş torpaqları azad edilməyənə qədər Ermənistanla imzalanmış protokolların ratifikasiya olunmayacağına dair Türkiyənin parlament rəhbərliyinin bəyanatlarından məmnunluğunu ifadə etdi. Bu qəti mövqe üçün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə rəhbərliyinə təşəkkürünü çatdırıb.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Ankaradan İstanbula yola düşmüşdür.
/AzərTAc/
/AzərTAc/
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - (Foto) (Video)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
XƏBƏR LENTİ
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
-
Sevil-Sevinc: "Çox erkən yaşda ailə başçımızı itirdik" - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Azərbaycanda taksi qiymətləri artacaq?
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
Ev almaq istəyənlərə şad xəbər - İpoteka müraciətləri başlayır





