"Cəbhədə vəziyyət hər an gərginləşə bilər" - Məşhur general
Ötən illərin təcrübəsi göstərir ki, yazda, havalar nisbətən istiləşəndə, xüsusən apreldə cəbhədə adətən gərginlik artır. Ermənistan tərəfi müxtəlif təxribatlara əl atır. Ermənistanda hadisələrin gərginləşməsi və siyasi qarşıdurma fonunda mövcud rejimin tərəfdarlarının cəbhədə belə bir plana əl atacağı ehtimalı daha da yüksəlir. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında da deyilir ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla bağlı vəziyyəti Milli.Az-a şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, cəbhədə vəziyyət hər an gərginləşə bilər. Ona görə də ordumuz ayıq-sayıqlığını itirməməlidir, çünki öz məqsədlərinə çatmaq istəyən ermənilərdən hər an xain hərəkət gözləmək olar:

"Azərbaycan Ordusu müxtəlif hava şəraitində döyüşməyə qadirdir. Bunun səbəbi onun döyüş qabiliyyətinin, şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olması ilə yanaşı, dövlət tərəfindən, həmçinin ölkə başçısı, Ali Baş Komandan tərəfindən orduya göstərilən birbaşa diqqət və qayğı, onun maddi-texniki təminatının yüksək dərəcədə olması, hərbi büdcəyə kifayət qədər vəsaitin ayrılmasıdır.
Artıq cənab İlham Əliyev yenidən prezident seçilib və o, orduya hər an komanda verə bilər. Çünki düşmən sakit durmur, daim təxribata cəhd edir. Onlar nəinki ön xətti, bizim yaşayış məntəqələrimizi də atəşə tuturlar. Ola bilər ki, Ali Baş Komandanımız 2016-cı ilin aprelində olduğu kimi, yenə də komanda versin, düşmənə bir neçə zərbə endirilsin, özü də kəskin, amma daha əvvəlki kimi xırda bölmələrlə yox, ola bilər ki, bir və ya iki birlikləşmə ilə... Ona görə də hər an belə bir şeyi gözləmək lazımdır".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü
-
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
-
Azərbaycan nefti 4 faiz ucuzlaşdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
-
Hazırda tıxac olan yolların siyahısı
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?





