Siyasət

4 təşkilat seçkilərdə exit-poll keçirəcək - MSK təsdiqlədi - VİDEO

24 Mart 2018 21:07
Baxış: 474

4 təşkilat prezident seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınıb. Onların monitorinq aparacağı dairələr də bəllidir. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında verilib. Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov həmçinin, seçkilərdə müşahidə aparacaq yerli və beynəlxalq müşahidəçilərin sayını da açıqlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün 4 təşkilat qeydə alınıb...

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında verilib. Əvvəlcə həmin təşkilatların "exit-poll" keçirmək məsələsi səsə qoyularaq qəbul edilib. Bildirilib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birilikdə 40, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Vey" təşkilatı ilə birlikdə 118, "Els" Müstəqil Araşdırmalar Mərkəzi 118, "RƏY" Monitorinq Mərkəzi isə 48 seçki dairəsində monitorinq keçirəcək.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-də keçiriləcək prezident seçkilərində müşahidə aparacaq beynəlxalq müşahidəçilərin sayını da açıqlayıb. Sədr bildirib ki, 312 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasına müraciət edib və hamısı qeydiyyatdan keçib.

Məzahir Pənahov qeyd edib ki, müraciət edən yerli müşahidəçilərin də hamısı qeydiyyatdan keçirilib.

Məzahir Pənahov əlavə edib ki, səsvermə günü Kütləvi İnformasiya Vasitələri ilə bərabər, sosial şəbəkələr də diqqət mərkəzində olacaq və bütün müraciətlər operativ şəkildə araşdırılacaq.

Ümumilikdə, 47 ölkənin vətəndaşları prezident seçkilərini müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
4 təşkilat seçkilərdə exit-poll keçirəcək

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.