Siyasət
Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin cavabını verdi
28 Mart 2010 11:20
Baxış: 206
Azərbaycanın Müdafiə NazirliyiATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin hər il orta hesabla 30 dəfə pozulması barədə bəyanatına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun sözlərinə görə, Anjey Kasprşik ciddi dəqiqləşdirmələr aparmalıdır. Çünki onun səsləndirdiyi rəqəs inandırıcı görünmür.
Eldar Sabiroğlunun fikrincə, ATƏT sədrinin şəxsi nümayəndəsinin dediklərindən belə çıxır ki, cəbhə xəttində gərginlik, həyacan doğuracaq bir vəziyyət yoxdur, sakitlik hökm sürür: "Bizdəki konkret faktlar isə ondan ibarətdir ki, bu rəqəm 20-30 dəfə azaldılıb. Atəşkəsin pozulması halı 600-700-dəfədən çox olur. Demək olar ki, hər gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulur və bunun nəticəsində əlbəttə ki hər iki tərəfdən insanlar həyatlarını itirir".
Ötən il Anjey Kasprşikin özünün iştirak etdiyi iki monitorinqdə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində monitorinqin yarımçıq qaldığını xatırladan Eldar Sabiroğlu, monitorinqlərin birində ATƏT sədrinin şəxsi nümayəndəsinin Azərbaycan tərəfində iştirak etdiyini bildirib: "Alınan qeydlər onu göstərir ki, atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulur. Azərbaycan Silahlı Qüvvələri isə atəşkəs rejimini maksimum dərəcədə qorumağa çalışır. Amma şübhəsiz ki, qarşı tərəfdən atəş açılarkən, ona cavab verilməlidir". O, Anjey Kasprşikə dəqiqləşdirilmiş məlumatları yaymamağı da məsləhət görüb.
Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ATƏT-in jurnalına müsahibəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin ildə orta hesabla 30 dəfə pozulduğunu deyib. Onun sözlərinə görə, 2009-cu ildə atəşkəs nəticəsində tələfatın sayı azalıb və 19 nəfər təşkil edib. ATƏT sədrinin nümayəndəsi hesab edir ki, bunun səbəbi danışıqlar prosesinin fəallaşmasıdır.
/ANS TV/

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr müzakirə edilib (Foto)
-
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib (Foto/Video)
-
Ermənistan vətəndaşlarının məhkəməsi çıxışlarla davam etdirilib (Foto)
XƏBƏR LENTİ
-
Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Xaçmazda avtomobil gölə düşdü: Sürücü öldü
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı
-
"Netflix" yeni yayımlara hazırlaşır
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?