Siyasət

Qarsda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

12 Dekabr 2017 13:03
Baxış: 443

Türkiyənin Qars vilayətində Qars Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Milli.Az bildirir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Tədbirdə çıxış edən dərnək rəhbəri Göksal Kayqısız türk tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin türk dünyasında əvəzsiz xidmətləri olduğunu bildirib.

O qeyd edib ki, Heydər Əliyevin ən böyük əsəri Azərbaycandır və qarslıların ulu öndərə olan sevgisi tükənməzdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.