Siyasət

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

6 Dekabr 2017 09:23
1 Şərh     Baxış: 1 192

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.
 
Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.