Avronest-də ermənilərə cavab verən azərbaycanlı deputatın mikrofonunu söndürdülər
Avronest Parlament Assambleyasının (PA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən plenar sessiyasının son iclasında gərginlik yaşanıb.
Milli.Az xəbər verir ki, Avronest Parlament Assambleyasının (PA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən plenar sessiyasının son iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Fərəc Quliyev kiber hücumlarla barğlı müzakirələr zamanı ermənilərin böhtanlarına tutarlı cavab verib.

Millət vəkili qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Rusiyanın birbaşa dəstəyi ilə baş tutub: "Xatırladım ki, Ermənistan Rusiya ilə bir hərbi blokda təmsil olunur. Postsovet məkanında bütün münaqişələri yaradan və həll olmasına mane olan da Rusiyadır.
Ermənistan işğalın və bununla bağlı bütün işlərin Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar tərəfindən edilməsi görüntüsü yaratmaq istəyir. Axı, hər kəs bilir ki, buradakı işğalçı ordu da, Qarabağda qurulmuş rejim də Rusiyanın dəstəklədiyi Ermənistanındır. Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər Qarabağdan 100 km-lərlə uzaqlıqda yerləşən Naxçıvanın Kərki kəndini və ya Qazax bölgəsinin kəndlərini necə işğal edə bilər və bu onun nəyinə lazimdır?
Başqa bir məsələ isə ermənilərin burada səsləndirdiyi keçən il aprel ayında cəbhədəki gərginliklə bağlıdır..."
Bu məqamda iclasın sədri azərbaycanlı deputatın mikrofonunu söndürüb. O, Ermənistan nümayəndə heyətinin narahat olub etiraz etdiyini və çıxışı ilə vəziyyəti gərginləşdirdiyi üçün mikrofonu söndürdüyünü və söz verməyəcəyini bildirir. Lakin F.Quliyevin ciddi təkidlərindən sonra yalnız müzakirə olunan mövzu ilə əlaqədar haqda danışmağa imkan verəcəyi, əks təqdirdə yenə mikrofonu söndürəcəyini bildirərək Azərbaycan nümayəndəsinə fikirlərini tamamlamağa imkan verib.
Ermənilər girov götürdüyü azərbaycanlı qadınları qul kimi işlədir - Avropadan tələb FOTO
F.Quliyev əlavə edib ki, Avronest-in sənədlərində Ermənistanın Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunmalıdır: "Ermənistan tərəfinin təxribatçı hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində 2016-cı il aprel ayında gərginliyin daha da artması ilə əlaqədar, Ermənistan tərəfindən yalan informasiyalar yayılıb. İndi də burada bu yalan informasiyalar təkrarlanır. Unudulmasın ki, Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və cavab tədbirlərin də öz əraziləri içərisində tətbiq edib. Üstəlik, beynəlxalq konvensiyalara görə, Azərbaycan işğal altında olan ərazilərini hərbi yolla azad edə bilər. Belə vəziyyətdə nə etmək lazımdır? İlk növbədə Avronest-in bütün sənədlərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi göstərilməlidir. Bütün sənədlərdə işğalçı Rusiyanın Gürcüstan və Ukrayna ərazisindən, işğalçı Ermənistanın Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunmalıdır. Avropa təsisatları, o cümlədən Avronest Rusiya və onun Ermənistan kimi maşalarına "Dur!" deməyi bacarmalıdır".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)





