Ermənilər girov götürdüyü azərbaycanlı qadınları qul kimi işlədir - Avropadan tələb FOTO
Ermənistanın işğalçı ordusu tərəfindən girov götürülmüş azərbaycanlı qadınlar qul kimi işlədilir.
Milli.Az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Fərəc Quliyev qurumun oktyabrın 30-da Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Sosial komitəsinin iclasında gender bərabrəliyi barədə edilən məruzəyə münasibətində deyib.

İclasda Rusiya və Ermənistan əleyhinə sərt çıxış edən millət vəkilinin fikrincə, Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanın ərazilərinin bir hissəsi işğal edildiyindən burada gender bərabərliyi pozulur: "Sənəddə "Gender bərabərliyi haqqında Riqa bəyannaməsi" əməkdaşlığın yeni perspektivli sahəsi kimi qeyd edilir. Amma bu perspektivləri həyata keçirmək üçün bütün Şərq tərəfdaşlığı ölkələrində şərait eynidirmi?! Xeyr! Xüsusilə, əraziləri Rusiya tərəfindən işğal olunmuş Ukrayna və Gürcüstanda, eləcə də Ermənistan tərəfindən əraziləri işğal olunmuş Azərbaycanda durum fərqlidir.

Məruzədə göstərilir ki, münaqişənin başlamasından bu yana Ukraynada 1,5 milyondan çox insan (onların üçdə ikisi - qadın və uşaqlardır) daxili yerdəyişməyə məruz qalıblar və səhiyyə, yaşayış və məşğulluq xidmətilərinə çıxışda çətinlikləri mövcuddur. Tamamilə dogrudur və bu vəziyyət Azərbaycan, Gürcüstan və Moldovaya da aiddir".

O, qadınların seçki hüququ məsələsinə də toxunub: "Azərbaycan qadınlarının seçki hüququnu nəzərdən keçirdikdə görürük ki, işğal altındakı ərazilərdən zorla qovulmuş yuzminlərlə seçici ölkənin hər yerinə yayılaraq kompakt yaşamır. Seçilmək istəyən qadın elektoratı ilə təmas qura bilmədiyi üçün həm seçilmək, həm də seçmək üçün qatıla bilmir. Seckidən sonra da ölkə boyu yayılmış seçicilərlə işləmək mümkün olmur".

F.Qəliyev ermənilər tərəfindən girov götürülmüş Azərbaycan qadınlarının qul kimi işlədildiyini diqqətə çatdırıb: "Məruzənin bir bölümündə göstərilir: "Qərbi avropalı tərəfdaşların əmək bazarında qadınların şaquli və üfuqi seqreqasiyası mədəni və sosial normalarda möhkəmləndirildiyindən; qadınlara ödənilməyən ev əməyi şəklində "axşam növbəsi" kimi əlavə yük qismət olduğundan;"
Azərbaycan qadını üçün daha ciddi narahatlıqlar var. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın işğalçı ordusu tərəfindən girov götürülmüş yüzlərlə qadın bu gün Zod qızıl mədənlərində qul kimi işlədilir".

Millət vəkili qeyd edib ki, işğal faktlarına son qoyulması üçün strategiya hazırlanmalıdır: "Yenə də məruzədə göstərilir: "Bütün Qərbi avropalı tərəfdaşlar qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə strategiyalar, proqramlar və fəaliyyət planları hazırladıqlarından".
Amma Gürcüstanın, Ukraynanın, Moldovanın, Azərbaycanın işğal olunmuş ərazilərindən olan qadınların taleyi ilə bağlı strategiya, proqram varmı? Qadınların faydalı iş əmsalını artırmaq üçün və problemin köklü həlli üçün Rusiya və Ermənistan işğal etdikləri ölkələrdən çıxmalıdır - strategiya bu olmalı və bu nəticə üçün Avropa təsisatları, o cümlədən, Avronest proqramlar hazırlamalıdır".
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının plenar və komitə iclasları öz işinə başlayıb. Ukraynanın Ali Radasının binasında keçirilən iclasda Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlar Məlahət İbrahimqızı, Rövşən Rzayev, Rauf Əliyev, Ağalar Vəliyev, Fərəc Quliyev və heyətin katibi Vüqar Məmmədov iştirak edirlər.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı





