Siyasət

Prezident İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edib - FOTO

17 Oktyabr 2017 15:41
Baxış: 531

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.