Müstəqil dövlət elan edilməsi onlar üçün indikindən daha zərərli olacaq - FOTO
"İraqın şımalında yerləşən Kürdüstan muxtar regionu, hal-hazırkı vəziyyətdə öz xalqının müqəddaratını müəyyənləşdirməsi üçün daha çox imkanı var, nəinki müstəqil olsa. Çünki hal-hazırda Kürdüstan faktiki olaraq müstəqil dövlət kimi hərəkət edir, İraq hökuməti də daxil olmaqla regionda buna heç kimin etirazı yoxdur. Kürdüstanın öz bayrağı, parlamenti, höküməti var.

Təhsil sistemi qurulub, yaxşı universitetlər var. Təhsil ana dilində verilir. Öz polis güvvəsi var və leqal olaraq fəaliyyət gösərir. İqdisadi sahədə neftini birbaşa özü satır. Özü də birinci növbədə Türkiyəyə. Gəlir regiona qalır, əlavə olaraq mərkəzi büdcədən də dotasiya alır. Adamdan soruşarlar: daha nə istəyirsən? Amma Kürdüstan muxtar regionu referendum keçirsə və birtərəfli qaydada müstəqilliyini elan etsə, o zaman ciddi problemlərlə üzləşəcək".

Milli.Az xəbər verir ki, bunu Cənubi Koreyanın Hankuk Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Rövşən İbrahimov bildirib.

Politoloq Kürdüstanın üzləşə biləcəyi problemləri də açıqlayıb: "Heç bir dövlət onun müstəqilliyini tanımayacaq. Türkiyə, İran və Suriya ilə, eləcə də İraqın mərkəzi höküməti ilə münasibətlər korlanacaq. Bununla da bu dörd dövlət Kürdüstana qarşı səfərbər olacaq, sanksiyalar tədbiq edəcək, bəlkə də hərbi müdaxilə edəcək. Kürdüstanın dənizə çıxışı olmadığı üçün, bu dörd dövlət tərəfindən boğulacaq. Öz neftini xaricə sata bilməyəcək, gəlirlər kəskin şəkildə azalacaq. Həmçinin, neft kəmərinin əsas hissəsi İraqın digər hissəsindən keçdiyi üçün İraq neftin daşınmasını rahat şəkildə durdura bilər.

Bundan əlavə, Kürdüstan vətəndaşları yalnız ölkə xaricinə İraq pasportu ilə çıxa bilər, onlar olmasa regionda ilişib qalacaqlar. Region üçün tələb olunan malların idxalı dayandırılar, xüsusilə qida məhsulları baxımından problem yaranar. Hətta ixrac və idxal yollarını tapsalar belə. Çünki "İŞİD" tapırsa, bunlar da tapa bilər, yenə də orta və uzun müddətdə iqtisadi vəziyyəti xeyli pisləşəcək. Bu isə arzuolunan və gözlənilən ssenari deyil".

R.İbrahimov əlavə edib edir ki, mövcüd beynəlxalq hüquq, beynəlxalq siyasət və geosiyasət çərçivəsində Kürdüstanın müstəqil dövlət kimi tanınması ehtimalı çox aşağıdır.

Qeyd edək ki, sentyabrın 25-də İraqın Kürdüstan muxtar vilayətində müstəqilliyə dair referendumun keçirilməsi planlaşdırılır. Lakin Kürdüstanın müstəqilliyi əleyhinə olan İraqın mərkəzi hakimiyyəti bu referendumun keçirilməsinə razılıq verməyib.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Azərbaycan-Özbəkistan münasibətləri daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
-
Gələn həftə deputatların tətili başa çatır
XƏBƏR LENTİ
-
Erlinq Haaland tanınmaz halda - (Foto)
-
Rus ordusu Annovkanı işğal etdi
-
Nə "Qalatasaray", nə də "Fənərbağça" - Rafael Leau bu kluba keçir
-
Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub
-
Bu xəstəxanaya yeni direktor təyin edidi
-
“Komedixana”nın aktyoru "zapravka"da işləyir? - (Video)
-
Kənan Yıldız ağır zədə aldı
-
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
-
Cəmi 2 manata ev sahibi olun
-
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Mərhum Xalq artistinin abidəsi adi olmayacaq
-
Avqustun 26-da hava dəyişir: Şimşək çaxacaq, leysan yağacaq
-
Robert Köçəryan və oğlunun saxlanılma görüntüləri - (Video)
-
Xocavənd rayonuna daha 43 ailə yola salındı
-
Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var
-
200-dən çox vakansiya: Sloveniyada işləmək istəyənlərin nəzərinə
-
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
-
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)





