Ermənistan yeni həmləyə hazırlaşır
"İraq kürdləri sentyabrın 25-də referenduma hazırlaşırlar. İspaniyadakı katalonlar isə bundan 1 həftə sonra müstəqilliklə bağlı referendum keçirəcəklər. Əlbəttə, Şimali İraqda və Kataloniyada keçiriləcək referendumlar hələ bu bölgələrin müstəqil dövlət kimi tanınması anlamına gəlməyəcək. Buna baxmayaraq, bu iki fərqli bölgədə yaşayan insanların əksəriyyəti böyük ehtimalla müstəqilliyə səs verəcəklər".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, İraqdakı kürdlərin müstəqilliyi onları mərkəz Bağdad və qonşularla - İran və Türkiyə ilə üz-üzə qoyacaq: "Ankara və Tehran İraq kürdlərinin lideri Məsud Bərzanini referendum keçirməməyə çağırsa da, o, Şimali İraqın müstəqilliyinə çalışır. Deməli, gələcəkdə Şimali İraqın Türkiyə və İranla münasibətlərində problemləri olacaq. İsrailin Kürdüstan dövlətini rəsmən tanıması da Türkiyə və İranın narahatlığına səbəb olacaq".

Onun fikrincə, katalonlar isə mərkəz Madridlə məhkəmə çəkişməsinə hazırlaşmalı olacaqlar: "İspaniya hökuməti referendumun ölkə Konstitusiyasına ziddi olduğunu vurğulayır. Katalonların müstəqilliyi onların avtomatik olaraq Avropa İttifaqının tərkibinə daxil olacağına da zəmanət vermir. İspaniyanın icazəsi olmadan Brüssel Kataloniyanın "müstəqilliyini" tanımayacaq. Ancaq Kürdüstan misalında olduğu kimi Avropa İttifaqı dövlətləri arasında da Kataloniyanın müstəqilliyini tanımağa hazır olan dövlətlər olacaq".

E.Şahinoğlunun qənaətincə, Kürdüstanın və Kataloniyanın müstəqillik referendumları dünyanın müxtəlif bölgələrindəki separatçıların fəallığına səbəb olacaq. Bu sırada Ermənistan hakimiyyəti diplomatik fəallığını artıracaq:
"Kosovo Serbiyadan ayrılıb müstəqilliyini qazandıqda bir çox dövlət Kosovonu müstəqil dövlət olaraq tanıdı. Bundan sonra Ermənistan hakimiyyəti xeyli canlandı, eyni hüququn Dağlıq Qarabağa da aid olması vacibliyini gündəmə gətirdi. Ancaq ermənilər Kosovo nümunəsinə çox müraciət edə bilmədilər, çünki müttəfiqi Rusiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir və Kosovonu separatçı bölgə adlandırır.
Bunun nəticəsində Kosovo nümunəsinə müraciət edən İrəvan Kremlin qorxusundan özü belə Kosovonun müstəqilliyini tanımadı. Buna baxmayaraq, İrəvan bu dəfə kürdlərin və katalonların nümunəsinə müraciət edəcək. Məsələni belə qoyacaqlar: "Kürdlər və katalonlar referendum yolu ilə müstəqilliklərini əldə edirlərsə, Dağlıq Qarabağdakı ermənilərin də eyni hüququ tanınmalıdır". Beynəlxalq aləm vaxtilə Kosovo ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq istəyən İrəvanın budəfəki çağırışına da məhəl qoymayacaq".

Ekspertin fikrincə, ermənilərin istəyi məntiqsizdir: "Birincisi, kürdlər və katalonlar qonşuların ərazilərini işğal etməyiblər, özlərinin yaşadıqları ərazidə (kürdlərin bölgədəki türkmən yaşayış məntəqələrinə iddiasını da xatırlatmalıyıq) referendum keçirirlər. Dağlıq Qarabağ erməniləri isə Ermənistan və Rusiyadakı mərkəzlərin köməyi ilə Azərbaycanın torpaqlarını işğal ediblər və həmin torpaqlardan danışıqlarda şantaj predmeti kimi istifadə edirlər.
İkincisi, kürdlər və katalonlar millət olaraq müstəqil dövlətlərini qurmaq istəyirlər. Ermənilər isə artıq Ermənistan adlı dövlət qurublar. Ermənilər Azərbaycan torpaqlarına iddia etməklə ikinci erməni dövləti qurmaq istəyirlər.
Bu səbəblərdən ermənilərin referendum tələbi ilə katalonların və kürdlərin referendumları arasında oxşarlıq yoxdur. Yeganə oxşarlıq hamısının separatçı olmasıdır. Ancaq separatçıların metodları arasında fərq var".

Bununla yanaşı Mərkəzin rəhbəri hesab edir ki, Ermənistan Kosovodan fərqli olaraq Kataloniyanın və kürdlərin müstəqilliyini tanıya bilər: "İrəvan bu addımı ilə Dağlıq Qarabağ üçün presedent imkanlarını genişləndirmək istəyəcək. Ancaq İrəvan bunu edərkən İspaniya, eləcə də qonşusu İranın iradı ilə üzləşməyi də diqqətdən qaçırmamalıdır. Ermənistan hakimiyyəti əks nəticə ilə də üzləşə bilər. Məsələ burasındadır ki, katalonlar və kürdlər referendum keçirsələr də, böyük dövlətlərin əksəriyyəti müxtəlif səbəblərdən onların müstəqilliklərini tanımayacaq. Bu isə Azərbaycanın maraqlarına uyğundur".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib - FOTO
-
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir - Aleksandar Vuçiç
-
Staşa Koşaraç Azərbaycana səfərə gəlib
-
Sadır Japarov Azərbaycana səfərə gəlib
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Moskva seçkilər ərəfəsində niyə Ermənistana Ukraynanı xatırlatdı?
-
Əməkdar artist görünüşünü DƏYİŞDİRDİ - VİDEO
-
"PSJ" mövsümü məğlubiyyətlə başa vurdu
-
Əməkdar artist efirdə hönkürüb AĞLADI - VİDEO
-
Merih Demiral çempionluğu Azərbaycan mahnısı ilə qeyd etdi
-
Atmağa heyfi gəldi: Hobbi olaraq başladı, sifarişlərin ardı-arası kəsilmir - FOTO
-
Bürcünə görə hansı peşəni seçməlisən? Astrologiyada yeni trend
-
İsveç Keki – Kladdkaka
-
Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli NƏTİCƏLƏRİ
-
Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var
-
Zeytun yağı niyə əvəzolunmazdır?
-
Bu məhsullar diqqəti zəiflədir
-
Köhnə paltaryuyan maşının illərlə işləməsi üçün NƏ EDƏK?
-
Çatlayan dabanlardan belə qurtulun
-
Dünyanın ən yaxşı piyada gəzinti şəhərləri açıqlandı
-
ABŞ-də iki qırıcı təyyarə havada toqquşub - VİDEO
-
“Həyat yoldaşım türkdür”
-
Kapitalizmin psixologiyaya təsirləri: Niyə daim tükənmiş hiss edirik?
-
Vüqar Qurbanova ağır itki
-
Günün qoroskopu: Vacib sirrlərinizi hər kəslə bölüşməyin
-
Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci oldu - FOTO
-
Hər kəs 41 yaşlı Ronaldonun bu görüntüsündən danışır - FOTO
-
Göbələk yığanların nəzərinə: Saplağındakı o detal həyatınızı xilas edə bilər
-
72 yaşlı aktyor gənc oğlana bənzəyir





