Siyasət

Fuad Muradov bütün gənclər təşkilatlarını avropalı deputatlara müraciət etməyə ÇAĞIRDI

5 İyul 2017 15:43
0 Şərh     Baxış: 1 191

Dünya birliyinin Ermənistanın işğalçılıq siyasətini dəfələrlə pisləməsinə, beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı bir sıra qətnamə və digər sənədlərin qəbul edilməsinə baxmayaraq, ermənilərin qatı millətçi və işğalçılıq siyasəti davam edir. Xüsusilə son zamanlar işğalçı dövlətin cəbhədə atəşkəsi tez-tez pozması, mülki azərbaycanlılara qarşı təxribatlar törətməsi halları müşahidə edilir.

Füzulinin Alxanlı kəndində baş verən son hadisə Ermənistanın işğalçılıq siyasətini, erməni vandalizmini bir daha dünyaya sübut etdi.

Belə ki, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artilleriya qurğularından atəşə tutublar. Ermənistan hərbi qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb, mülki obyektlərə zərər dəyib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Ermənistanın bu vandalizm aktı ilə bağlı ölkəmizdə, eyni zamanda, dünyada fəaliyyət göstərən bütün gənclər təşkilatlarına müraciət edib.  

Mürüciətdə bildirilib ki, aşağıdakı linkə daxil olmaqla ermənilərin Füzulidə törətdiyi vəhşiliyi Avropa Parlamentində fəaliyyət göstərən deputatlara çatdırmaq lazımdır.

http://www.europarl.europa.eu/meps/en/full-list.html 

Fuad Muradov avropalı deputatlara müraciətin yollarını da göstərib. O, bildirib ki, saytda deputatların adları əlifba sırası ilə qeyd edilib. Sağ tərəfdə deputatın adının yanında düymə var və onların e-mail ünvanları qeyd edilib. Həmin düymə vasitəsilə avropalı deputatlara elektron məktub göndərmək olar.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri bütün gənclər təşkilatlarının rəhbərləri və üzvlərinə çağırış edərək, onları bu linkə daxil olaraq, avropalı deputatlara müraciət etməyə səsləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.