Siyasət

Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi

16 May 2017 18:47
Baxış: 508

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabah "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.