Azərbaycanın "qara siyahı"sındakı digər şəxslər də həbs oluna bilər - XİN-dən açıqlama
Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfər edənlər, əsasən, eyni adamlardır.
Bu günlərdə KİV-lərdə məlumat yayıldı ki, Azərbaycan "arzuolunmaz şəxslər siyahısı"na yeni adlar daxil edəcək. Çünki işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma referendumu müşahidə etmək üçün xarici ölkələrdən xeyli əcnəbi vətəndaş gəlib.

Əslində isə Ermənistanın da istəyi elə budur. Yəni guya ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Aleksandr Lapşinin Belarusda həbs olunaraq Azərbaycana ekstradisiya edilməsinə baxmayaraq, Dağlıq Qarabağa səfər edənlərin sayında heç bir problem yoxdur, gələnlər yenə də var. Əslində, problem var. Artıq çoxları ayılıb və aldadılaraq ermənilərin feilinə uymaq istəmir. Ora gedənlər isə yalnız artıq çoxdan Azərbaycan tərəfindən "persona non qrata" elan edilmiş adamlardır. Yəni elələri var ki, "islanmışın yağışdan nə qorxusu?" prinsipi ilə hərəkət edir.

Məsələn, Lüksemburq vətəndaşı və Avropa Parlamentinin üzvü olan Frank Engel adlı biri var. Onunla bağlı, demək olar ki, hər şey bəllidir. Yəni adamın adı çoxdan "qara siyahı"dadır, istərsən onun adını 10 dəfə də ora yazsan, onsuz da, elədiyini edib.
Yeniləri qismində isə yalnız 2-3 nəfərdən söhbət gedə bilər.

Mövzu ilə bağlı məsələyə aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN tərəfindən hazırlanan "arzuolunmaz şəxslərin siyahısı"nda hal-hazırda xarici ölkələrin 620-ə yaxın vətəndaşının adı var. Bu siyahıya yalnız Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslər daxil edilir:

"Ermənistan tərəfi idda edir ki, qondarma referenduma xarici ölkələrdən müxtəlif şəxslər səfərlər ediblər. İlkin araşdırmalar onu deməyə əsas verir ki, Ermənistan tərəfindən qondarma referendumla bağlı səfəri təşkil olunan şəxslərin əksəriyyətinin adı çoxdan "arzuolunmaz şəxslər siyahısı"ndadır. Bunlar öz fəaliyyəti ilə birbaşa Ermənistanın təsiri altında olduğunu, həmçinin ermənilərin lobbi dairələri ilə bağlı olduqlarını sübut etmiş şəxslərdir. Orada yalnız bir neçə nəfər ola bilər ki, hazırda onlar barəsində əlavə məlumat toplanılır. Əgər onlar da bu qəbildən şəxslər olsalar, təbii ki, "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcəklər. Ermənistan qəsdən şişirtmək istəyir ki, guya bu "referendum"u müşahidə etmək üçün ora çoxsaylı əcnəbilər gəlib. Təbii ki, bu, təbliğat məqsədilə deyilir. Bura gələnlərin mütləq əksəriyyəti Ermənistanın təsiri altında olan və adı artıq "arzuolunmaz şəxslər siyahısı"nda olan şəxslərdir".

H.Hacıyev qeyd edib ki, adları "arzuolunmaz şəxslər siyahısı"na daxil edilmiş fərdlərin fəaliyyəti kompleks şəkildə nəzərdən keçirilir və fəaliyyətində cinayət tərkibli elementlərin olması araşdırılır: "Ondan sonra zəruri bilindikdə hüquqi təqib mexanizmləri həyata keçirilir. Məsələn, Aleksandr Lapşinlə bağlı məsələdə olduğu kimi. Ona görə də növbəti mərhələlərdə ölkəmizin hüquq-mühafizə orqanları ilə əlaqələndirilmiş şəkildə "arzuolunmaz şəxslər siyahısı"ndakı fərdlərin fəaliyyəti kompleks şəkildə qiymətləndirilərək cinayət tərkibi olanlar barəsində lazımi təqib mexanizmləri tətbiq ediləcək və edilir də.

Lapşin kimi digər şəxslərin də barmaqlıqlar arasında düşməsi ehtimalına gəlincə, bu istiqamətdə məsələlərə baxılır. Amma yenə də faktlar fərdi əsasda qiymətləndirilir. Onların barəsində cinayət tərkibli elementlər ətraflı araşdırılır, ondan sonra Azərbaycanın əleyhinə xüsusi canfəşanlıq göstərənlərə qarşı əlavə lazımi hüqiqi tədbirlər görülür".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





