Poroşenko Bakıya niyə gəlir?
Ukrayna prezidenti Pyotr Poroşenkonun bu gün Azərbaycana səfəri başlayır. Bu Poroşenkonun prezident seçildiyi iki ildə Azərbaycana ilk rəsmi səfəridir.
Azərbaycan mediasının Ukrayna prezidentinin Bakıya səfəri zamanı əsas müzakirə etdiyi suallardan biri də budur: Pyotr Proşenko Bakıda antirusiya əleyhinə bəyanatlar verəcəkmi? Əlbəttə, Poroşenko Bakıda deyə bilər ki, Rusiya Ukraynanı parçalayıb, Dağlıq Qarabağla Donbass separatçıları arasında fərq yoxdur və s. Poroşenkonun bundan artıq Rusiya əleyhinə bəyanat verməsində rəsmi Bakı maraqlı deyil.
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya-Azərbaycan münasibətlərinin həssas dövrüdür. Rəsmi Bakının Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli vasitəçi olacağına inamı var və belə bir dövrdə Bakıda antirusiya bəyanatlarının səsləndirilməsi Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir: "Ona görə də böyük ehtimalla prezidentlər İlham Əliyev və Pyotr Poroşenko mətbuata birgə bəyanatla kifayətlənəcəklər. Poroşenko da Azərbaycan üçün vəziyyətin mürəkkəbliyini anlayır və rəsmi Bakını çətin duruma salacaq açıqlamalar verməyəcək. Poroşenkonun Azərbaycana səfərinin məqsədi fərqlidir. Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir".

Ekspert hesab edir ki, rəsmi Bakı Rusiya ilə münasibətlərə önəm verməklə yanaşı, Ukrayna ilə münasibətlərini də inkişaf etdirməlidir: "Bunu Azərbaycan hakimiyyətinin özünün elan etdiyi balanslaşdırılmış xarici siyasət də diqtə edir. Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün münbit şərait var. Məsələn, keçən həftə Bakıya Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri, Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Gennadi Zubko gəlmişdi. Bakıda Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirildi. Ukraynalı nazir Azərbaycana 4 istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif etdi. Birinci istiqamət Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına nəqlinin təmin edilməsi, ikincisi, Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranziti, üçüncüsü, Azərbaycanın Ukraynanın neft-qaz sektoruna investisiyalar yatırması, dördüncüsü isə Baltik dənizi - Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasıdır".

Mərkəzin rəhbəri qeyd edib ki, sonuncu nəhəng nəqliyyat dəhlizi layihəsidir: "Bu dəhliz bir çox ölkələr arasında əməkdaşlığın genişlənməsinə təkan verə bilər. Kiyev bu məqsədlə dəhlizin idarə olunması üçün vahid idarəedici orqanın yaradılmasını təklif edib. Bu təkliflər Azərbaycanın da maraqlarına uyğundur. Əslində Zubkonun Bakıya səfəri və müzakirə etdiyi mövzular Poroşenkonun Azərbaycana səfərinə hazırlıq məqsədi daşıyırdı".

E.Şahinoğlunun fikrincə, bundan başqa, Ukrayna prezidenti Bakıda GUAM-ın fəallaşması mövzusunu da müzakirə edəcək: "Ukraynanın baş naziri Vladimir Qroysman payızda GUAM ölkələrinin baş nazirlərinin Kiyevdə toplantı keçriməsini təklif edib. Kiyev GUAM ölkələri arasında azad ticarət zonasının yaradılmasını məqsədəuyğun sayır. Kiyev azad ticarət zona yaradılması vasitəsilə bölgə ölkələri arasında tranzit və nəqliyyat xətlərini hərəkətə gətirmək istəyir. Məsələ burasındadır ki, Moskva Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Nəticədə Ukrayna xeyli itkilərə məruz qalıb. Ukrayna mallarının Qazaxıstana ixracatının 98 faizi Rusiya ərazisindən keçirdi. Bu, 682 milyon dollar demək idi. Ukrayna Qırğızıstana isə Rusiya üzərindən 93 faiz və ya 70 milyon dollar çərçivəsində mal ixrac edirdi. Eynilə Ukrayna Rusiya üzərindən Azərbaycana quru yolla 53 faiz mal ixrac edirdi. İndi bütün bu yollar bağlıdır və Ukraynanın şərq istiqamətindəki ölkələrlə iqtisadi-ticarət əlaqələri xeyli zəifləyib. Kremlin isə məqsədi aydındır. Moskva Ukraynanın şərq ölkələrinə çıxan yollarını bağlamaqla Ukraynanı iqtisadi baxımdan zəiflətmək və bu vasitə ilə qonşu ölkədə hakimiyyət dəyişiklyini sürətləndirmək istəyir. Buna görə də Kiyev mövcud vəziyyətdən çıxış yolları axtarır. GUAM ölkələri arasında əməkdaşlığı fəallaşdırmaq çıxış yollarından biridir. GUAM-ın əsas ölkəsi Azərbaycandır. Ukrayna, Gürcüstan və Moldova ilə müqayisədə Azərbaycanın iqtisadi, investisiya və tranzit imkanları daha genişdir. Ona görə də əgər Kiyevin azad iqtisadi zonanın yaradılması təklifinə Bakı razılaşarsa, 4 ölkə arasında regional əməkdaşlıq genişlənəcək. GUAM-ın hazırki baş katibi azərbaycanlı diplomat Altay Əfəndiyevdir. Ukraynanın baş naziri artıq azərbaycanlı baş katiblə görüşüb. Bu isə o deməkdir ki, Kiyevin təklifi Bakıda öyrənilir. Böyük ehtimalla bu təklifi Ukrayna prezidenti də Bakıda səsləndirəcək".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
XƏBƏR LENTİ
-
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
-
"Qarabağ"ın rəqibi bəlli oldu - Yenilənib
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
Murat Ekrem kobud səhvlərinə görə işdən çıxarıldı
-
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
-
Bakıda qadın kişini küçədə döydü - Polis işə qarışdı - VİDEO
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
"Sabah"ın ÇL-də rəqibi bəlli oldu - YENİLƏNİB
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
-
TRT 1-in canlı efirində böyük səhv: Şərhçi Dünya Kubokunun matçında komandaları səhv saldı
-
Nizami rayonunda polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri yaxalandı
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
-
"Moskvada Putinlə görüşə getməyəcəm" - Zelenski
-
İyunun 19-da parlamentdə 2025-ci ilin dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
DİM peşə tanınması imtahanı keçirdi: 145 nəfərdən cəmi 16-sı keçid balını topladı
-
Aysel: "4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim"
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO





