Fransız deputat I Avropa Oyunlarına görə ölkəsini tənqid etdi
Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti, Xarici Əlaqələr Komitəsinin üzvü və Altkirş şəhərinin meri Jan-Lük Raytzerin "Le Trombinoscope" jurnalında "Avropa Oyunları Bakıda: Fransa tərəfi niyə bu qədər dözümsüzdür?" adlı məqaləsi dərc olunub.
Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, müəllif yazır: "Mən ötən illər ərzində Azərbaycanda, Bakıda dəfələrlə olmuşam. Sonuncu dəfə isə orada iyunun 12-də qitəmizdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarının açılış mərasimi zamanı oldum. Nümayəndə heyətimizin qarşılanması zamanı göstərilən qonaqpərvərlik və nümunəvi xidmət, şəhərin arxitekturasının transformasiyası, şəhəri "İşıqlar şəhərin"ə çevirən işıqların orijinallığı və gözəlliyi məni heyrətləndirdi. Lakin bunlardan da çox mənə Azərbaycan xalqının entuziazmı və şövqü böyük təəssürat bağışladı. Açılış mərasimi möhtəşəm və təsirli idi - ölkənin tarixi və müasirliyi mərasimdə ustalıqla birləşdirilmişdi. Lakin paralel olaraq böyük fransız mediasının I Avropa Oyunlarının işıqlandırılmasında göstərdiyi dözümsüzlük məni çox məyus etdi, hətta hiddətləndirdi! Azərbaycanı insanlarda ölkəyə qarşı məhəbbət hisslərinin yaradılması üçün ələ alına bilinəcək şəxslərə yönəlmiş "kürü və xalça diplomatiyası"ndan istifadə edən, ultra-repressiv ölkə və s. kimi təqdim etmiş bir çox çirkin məqalələr oxudum...
Təbii ki, tərəqqi Avropa standartlarının tətbiqi və insan hüquqlarına riayət olunması ilə müşayiət olunmalıdır. Lakin biz Azərbaycanın 2001-ci ildən Avropa Şurasının, o cümlədən Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" Proqramının və ATƏT-in üzvü olması faktına etinasızlıq göstərməməliyik. Həmçinin Azərbaycan 1991-ci ildə öz müstəqilliyi uğrunda mübarizə apardığı zaman da qan axıdılmışdı".
Məqalədə qeyd olunur ki, bu "Azərbaycana təzyiq etmək" kampaniyası, heç şübhəsiz ki, bütün regionun sabitlik qalası və hər kəsə dünyəvilik və dini tolerantlıq nümunəsi olan, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən bu Cənubi Qafqaz ölkəsini cəsarətləndirmək üçün heç də yaxşı vasitə deyil: "Bu ölkədə kişi və qadınlar təhsil almaqda bərabər hüquqlara malikdir. Minlərlə azərbaycanlı gənc təhsil almaq üçün xaricə, xüsusilə də Böyük Britaniya və Fransaya göndərilir. Azərbaycan həyata keçirdiyi islahatları və öz nəhəng investisiyaları ilə yoxsulluq səviyyəsini ciddi şəkildə azaltmağa nail olub. Bu rəqəm hazırda 4,9 faizdə qərarlaşıb. Fransanın bəzi regionları bu nailiyyətə həsəd aparar".
Müəllif yazır ki, Birinci Avropa Oyunları Ermənistandan İsrailə kimi onlarla ölkədən olan və 20 müxtəlif idman növü üzrə yarışan 6 min atleti bir araya gətirdi: "Oyunlar xalqın qürur və birlik daşıyıcısı oldu. Avropa Oyunları özündən sonra hədsiz dərəcədə böyük pozitiv irs qoyacaq. Belə ki, bu möhtəşəm tədbir Azərbaycanı minlərlə əcnəbiyə təqdim etmiş, onlara Azərbaycanın əsl üzünü görmək, buradakı qonaqpərvərlik və insanların istiqanlılığı ilə tanış olmaq imkanı yaratmışdı. Azərbaycan Avropa Oyunları ilə bir çox maneələri dəf etdi. Ölkədə yalnız iki il yarım ərzində müstəsna, yüksək keyfiyyətli infrastruktur inşa edilib. Azərbaycan bir daha göstərdi ki, Rusiya, İran və Türkiyə kimi ölkələrlə əhatə olunmasına baxmayaraq o, əsas regional oyunçudur. Azərbaycan ən yüksək səviyyədə beynəlxalq idman yarışlarını təşkil etmək bacarığını sərgilədi. Mənim arzum nədir? Arzum odur ki, fransız xalqı və mediası bu gözəl ölkəyə səyahət etmək üçün açılış mərasimi ruhundan yola çıxsınlar. Öz müstəqilliyini qorumaq, Avropa və xüsusən də Fransa ilə əlaqələrini möhkəmləndirmək istəyən şəxslər bu ölkə ilə bağlı təcrübə yaşayarkən və yaxud ən azı danışarkən öz obyektivliklərini və intellektual vicdanlarını ortaya qoysunlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





