Prezident İlham Əliyev və xanımı tərəfindən imzalanmış təşəkkürnamələr I Avropa Oyunlarının könüllülərinə təqdim edildi
Bakıda keçirilən I Avropa Oyunlarının könüllülərinə bu gün Prezident İlham Əliyev və birinci xanım, "Bakı- 2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələr təqdim edilib. Trend-in məlumatına görə, tədbirdə əvvəlcə könüllülər haqqında hazırlanmış videoçarx təqdim edilib.
Daha sonra cıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, tədbirdə 10 minlərlə könüllü iştirak edib: "Əsas məqsəd odur ki, ölkə başçısı İlham Əliyev və Mehriban Əliyeva sizin əməyinizi çox yüksək qiymətləndiriblər. Bu təşəkkürnamədə iki əziz insanın şəxsi imzası var. Bu, həqiqətən də sizin böyük əməyinizin nəticəsidir. Biz bu oyunları sizsiz keçirməyi bacara bilməzdik. Burada sizin böyük köməyiniz olub".
A.Rəhimov əlavə edib ki, Azərbaycanda böyük idman yarışları keçiriləcək. Nazir bütün bu tədbirlərdə könüllülərlə birgə olmaq istədiklərini də söyləyib.
Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında deyib ki, ilk Avropa Oyunlarının Azərbaycanda qoyduğu miras bütün baxımlardan çox əhəmiyyətlidir. Nazirin sözlərinə görə, Azərbaycan artıq böyük idman ölkəsi kimi tanındı və üzərinə böyük öhdəliklər götürməyi bacaran bir ölkə olduğunu göstərdi.
M.Cabbarov könüllərin böyük hissəsinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmasına da çox sevindiyini söyləyib. Nazir əlavə edib ki, bundan sonra da könüllülük hərəkatında TN-in dəstəyinə arxayın olmaq olar.
Tədbirdə daha sonra A.Rəhimov və M.Cabbarov tərəfindən ilk 50 gəncə təşəkkürnamələr təqdim edilib.
Təşəkkürnamələrin digər hissəsi növbəti həftə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təqdim ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





