Poroşenko prezident İlham Əliyevi təbrik etdi
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanda I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycan prezidenti İlham Əliyev və bütün Azərbaycan xalqını təbrik edib.
Bu barədə Trend Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
Ukraynanın dövlət başçısı rəsmi məktubunda I Avropa Oyunları çərçivəsində bütün tədbirlərin yüksək səviyyədə təşkilini qeyd edib: "Bu, Azərbaycanın dünya səviyyəli yarışları, o cümlədən Yay Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu göstərir".
Məktubda, həmçinin vurğulanır ki, belə nəticələrə nail olmaq üçün prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti Oyunların Təşkilat Komitəsi ilə qarşılıqlı fəaliyyətdə olaraq böyük iş gördü.
Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna idmançıları və məşqçiləri Azərbaycan xalqının göstərdiyi mehriban qarşılanmanı minnətdarlıq hissilə qəbul ediblər, eləcə də bütün idman yarışlarında azərbaycanlı azarkeşlərin dəstəyini yüksək qiymətləndirirlər.
P.Poroşenko əmin olduğunu bildirib ki, I Avropa Oyunları idman hərəkatının tarixində parlaq səhifəyə, Avropanın 50 ölkəsinin idmançısının, eləcə də Oyunların keçirilməsi zamanı qonaqpərvər və günəşli Azərbaycanı ziyarət etmiş bütün dünyadan 10 minlərlə azarkeşin həyatının ayrılmaz hissəsinə çevrildi.
Ukraynanın dövlət başçısı məktubun sonunda Azərbaycan prezidentinə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə yeni uğurlar arzulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





