Siyasət
İranlı millət vəkilindən Azərbaycan təhsilinə dini don geyindirmək cəhdi
22 Yanvar 2011 12:43
Baxış: 240
İran parlamentinin nüfuzlu üzvlərindən olan Həmid Rassayi Azərbaydandakı orta məktəblərdə hicaba qadağa qoyulmasını "sionizmə boyun əymək" kimi qiymətləndirib. Milli.Az xəbər portalı Türkiyənin "Doğan" agentliyinə istinadən xəbər verir ki, iranlı millət vəkilinin açıqlamasını İranın "Fars" agentliyi yayıb.
Həmid Rassayinin fikrincə, Azərbaycan məktəblərində hicaba qadağa qoyulmasında "sionist lobbilərinin barmağı var": "Amerikalıların Azərbaycanda hərbi bazaları və bölmələri var", - deyə iddia edən Həmid Rassayinin sözlərinə görə, onlar dolayısı ilə Bakının qərarlarına təsir göstərirlər: "Təhsil mərkəzlərində hicaba qadağa qoyulması Amerika və sionist lobbilərinin arzusudur. Çünki İslami örtünmə ABŞ və İsrailin maraqlarını təhlükə altında qoyar".
İran ayətullahı Cəfər Sübhani isə daha irəli gedərək Azərbaycanı orta məktəblərdə hicab qadağasını ləğv etməyə çağırıb.
İran rəsmilərinin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, orta məktəblərdə vahid formanın tətbiqini dini müstəviyə çıxarması ölkəmizdə etirazlarla qarşılanıb. Belə etirazlardan biri Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatından gəlib. Təşkilatdan Milli.Az xəbər portalına daxil olan bəyanatında deyilir ki, Azərbaycan müstəqil dövlətdir və öz yolunu özü seçir: "Bu yolda xarici maneələr isə yolverilməzdir. Buna gedən əcnəbi qüvvələrin qarşısı vaxtında alınmalıdır ki, onlar bir daha ölkənin daxili işlərinə qarışmaq kimi hərəkətlərdə bulunmasın. İran mollalarının belə əməllərinə son qoymaq üçün qabaqlayıcı addımların atılmasına ehtiyac var. Bu tip qabaqlayıcı addımların atılmasına azərbaycanlı din xadimləri də öz töhfələrini verə bilər və verməlidir".
DAK-ın Gənclər Təşkilatı Azərbaycanın din xadimlərinin İranın hərəkətlərinə etiraz etməməsindən də narahatlıq ifadə edib: "Müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən düşmən dövlətlə Tehranın hərtərəfli müqavilələri var. Bir növ İran Ermənistanı bir dövlət olaraq yaşadır. İşğal altında saxladığı Güney Azərbaycan türklərinin, 40 milyonluq toplumun Tanrıdan verilmiş haqqını bərpa etmir. Ona öz ana dilində təhsil almağa imkan vermir. Bu, hətta Azərbaycana qarşı bir təhdiddir. Çünki Azərbaycan vətəndaşları öz dövlətinin qanunlarına tabedir, biz dünyəvi dövlətik. Burada din dövlətdən ayrı olsa da, dövlət-din münasibətlərində böyük dözümlülük var. Azərbaycanda olan milli-dini tolerantlıq özünü İslam təəssübkeşi edən İranda olduğundan müqayisəolunmaz dərəcədə yüksəkdir".
"Exo" qəzetinə açıqlama verən iranlı politoloq Pərvin Darabadinin fikrincə, İranın rəsmi nümayəndələrinin son davranışları təsadüfi deyil. Belə ki, İranın ətrafındakı dairə Qərb tərəfindən daraldılır: "İran ona qarşı sanksiyaların sərtləşdirilməsindən ehtiyatlanır. Hərbi müdaxilə də istisna deyil. Bütün bunlar İran nümayəndələrini narahat edir və onlar yaxın qonşularına qısqanclıqla yanaşırlar. Azərbaycanın Qərb ölkələri ilə normal münasibətləri Tehranda narahatlıq və qısqanclıq yaradır. Onlar ehtiyatlanırlar ki, Azərbaycan ərazisindən İran əleyhinə hərbi əməliyyatların keçirilməsində istifadə oluna bilər".
Lakin ekspert hesab edir ki, bu cür narahatlıqlar əsassızdır. Çünki Azərbaycan rəsmiləri, o cümlədən Prezident İlham Əliyev dəfələrlə bəyan ediblər ki, Azərbaycan tərəfindən İran üçün heç birtəhlükə yoxdur və ola bilməz. Azərbaycanın dünyəvi dövlət olduğunu qeyd edən politoloqun sözlərinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra İran rəsimləri tərəfindən bu cür hücumlar mütəmadi olaraq təkrarlanır.
Ceyhun
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
XƏBƏR LENTİ
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu
-
Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı
-
"Amay"ın qarşısında kişinin başına daş düşdü
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Şəmsi Səmədzadə azadlığa buraxıldı
-
Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
-
Rumıniya Moskvadakı səfirini geri çağırıb
-
Sosial şəbəkələrdə yayılan görüntülərə TƏBİB cavab verdi
-
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
-
"Toplum TV" işi üzrə hökm oxundu
-
Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
-
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
-
51 yaşlı "50 Cent" uzun zaman sonra görüntüləndi - (Video)
-
55 rayon və şəhəri əhatə edən yoxlama başa çatdı
-
7 uşaqlı ananın inəyi üçün göz yaşları hamını kövrəltdi - (Video)
-
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
-
Can Tomay narkotikə görə saxlanıldı
-
MEDİA İranın qərarına reaksiya verdi
-
Maykl Olize 12 milyonluq mülk aldı
-
Bakıda güclü külək binanın damını uçurdu - (Video)