Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Mohammad İshaq Dar Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Mohammad İshaq Dar Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi bir sıra sosial və humanitar layihələrə görə ölkəsinin xalqının və rəhbərliyinin minnətdarlığını ifadə etdi.
Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın da bu səviyyəyə çatdırılmasının önəmini qeyd etdi. Pakistan Prezidentinin ölkəmizə səfərini və onunla keçirdiyi müxtəlif görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşlər zamanı ölkələrimiz arasında maliyyə, iqtisadiyyat, investisiya qoyuluşu və digər sahələrlə bağlı məsələləri müzakirə etdiklərini vurğulayaraq ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Laura Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirin təşkilati işlərinin yüksək səviyyədə aparıldığı qeyd olundu.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında yol-nəqliyyat, su təchizatı və kanalizasiya, bərk tullantıların idarə olunması və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Dünya Bankı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti arasında artıq əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin aparıldığı qeyd edildi. Ölkəmizdə həyata keçirilən bir sıra layihələr, o cümlədən "ASAN xidmət" sahəsində görülən tədbirlər də yüksək qiymətləndirildi, Dünya Bankının "ASAN xidmət" ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlərin aparıldığı vurğulandı.
Görüşdə, həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, dünyada gedən maliyyə böhranına baxmayaraq, iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, hökumətin maliyyə və büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində apardığı işlər, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi sahəsində qazanılan nailiyyətlər, kənd təsərrüfatında aparılan islahatlar, ölkənin iqtisadi potensialının artması fonunda ixrac bazarlarının müəyyənləşdirilməsi, infrastruktur layihələrinin icrası, ictimai sektor, əhalinin sosial müdafiəsi, ölkənin mühüm nəqliyyat-tranzit əhəmiyyətinin artması, sosial, təhsil, yeni iş yerlərinin yaradılması, regionların inkişafı və digər sahələrdə icra olunan layihələr və həyata keçirilən işlərdən danışıldı.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Prezident İlham Əliyev mayın 3-də Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib

Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)





