Avropa Oyunlarının təhlükəsizliyi yüksək səviyyədə həyata keçiriləcək
İyun ayında ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etmək üçün Azərbaycan bütün imkanlarını səfərbər edib. Lakin buna baxmayaraq, bəzi xarici qüvvələr "Eurovision-2012" beynəlxalq musiqi yarışmasında olduğu kimi, indi də ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Bu dəfə İdman və İnsan Haqları Alyansı adı altında bir araya gələn "Amnesty International", "Human Rights Watch", "Transparency International Germany" və sair kimi təşkilatlar ənənəvi bəyanatlarla çıxış edərək, Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar yaymaqdadırlar. Avropa Oyunları ərəfəsində beynəlxalq təşkilatların davranışı, qarayaxma kampaniyasının məqsədi və sair məsələlər barədə "Kaspi"nin suallarını sabiq təhlükəsizlik zabiti, siyasi şərhçi Arzu Nağıyev cavablandırır.Arzu Nağıyev: "Azərbaycanda insan hüquqlarının, söz azadlığının pozulmasının gündəmə gətirilməsi bəhanədir"
- Arzu müəllim, "Amnesty International", "Human Rights Watch", "Transparency International Germany" və sair kimi təşkilatların anti-Azərbaycan təbliğatı aparmaqda, beynəlxalq səviyyəli idman yarışlarına hazırlığı aşağılamaqda məqsədi nədir?
- Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bəzi beynəlxalq dairələri narahat edir və ona görə keçirilmə vaxtı yaxınlaşdıqca, onu gözdən salmaq üçün müxtəlif cəhdlər göstərilir. Çünki bu Oyunlar çox genişmiqyaslı və beynəlxalq əhəmiyyətli bir tədbirdir. Artıq məlumdur ki, Oyunlarda 49 dövlətdən 6 mindən çox idmançı iştirak edəcək. Bu, hər şeydən əvvəl Azərbaycanın nüfuzudur, beynəlxalq aləmdə tanınmasıdır. Bu isə bir çox dövlətləri qıcıqlandırır. Təbii ki, bundan qorxub-çəkinən qüvvələr Oyunların yüksək səviyyədə keçirilməsinə mane olmağa çalışırlar. Belə dairələrin Azərbaycanda insan hüquqlarının, söz azadlığının pozulmasını gündəmə gətirməsi, sadəcə, bir bəhanədir. Hamı bilməlidir ki, ölkəmizdə çoxdan azad cəmiyyət formalaşıb, azad mətbuat təmin edilib. Ölkədə çoxlu sayda mətbuat qurumları sərbəst şəkildə fəaliyyət göstərir, internetə, o cümlədən sosial şəbəkələrə çıxış heç bir məhdudiyyət olmadan təmin edilib. Belə olan halda Azərbaycanı bu arqumentlərlə ittiham etmək tamamilə əsassızdır və bu cür absurd ittihamlarla ölkəni nəyəsə təhrik etmək mümkünsüzdür.
- Avropa ölkələrində yaşanan zorakılıqları, həmçinin ABŞ-ın özündə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını, irqi və dini ayrı-seçkilik zəminində baş verən hadisələri görməzdən gələn, yalnız Azərbaycan üzərində fəaliyyətlərini kökləyən qərəzli xarici təşkilatlara bəzi yerli QHT-lərin dəstək verməsinə münasibətiniz necədir?
- Çox təəssüf ki, belə meyilləri bəzi yerli antimilli qüvvələr də formalaşdırır, anti-Azərbaycan fəaliyyəti göstərirlər. Hər bir Azərbaycan vətəndaşına aydın olmalıdır ki, ilk Avropa Oyunları birinci növbədə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu məsələsidir. Məhz buna görə də lazımdır ki, müxalifət də iqtidarla eyni hədəfə istiqamətlənsin, necə deyərlər, bir nöqtəyə vursun. Ancaq təəssüflər olsun ki, bu antimilli qüvvələr öz maraqlarını dövlət maraqlarından çox üstün tuturlar. Bəzi müxalifət qüvvələri, QHT-lər öz maraqları naminə, hansısa madii yardım və ya qrant naminə dövlətin nüfuzuna zərbə vurmaqdan belə çəkinmirlər. Bu isə düzgün mövqe deyil və kimliyindən asılı olmayaraq, heç kəsə başucalığı gətirmir.
- Sizcə, Avropa Oyunları ərəfəsi, eləcə də Oyunlar müddətində qonaqların, yarış iştirakçılarının təhlükəsizliyi, eləcə də bütövlükdə təhlükəsizlik məsələləri necə həllini tapacaq?
- Yuxarıda qeyd edildiyi kimi, ilk Avropa Oyunlarında 49 ölkənin təmsilçiləri olan 6 mindən çox idmançı bu tədbirdə iştirak edəcək. İdmançılar ilə birgə Oyunları izləməyə gələcək çoxlu sayda tamaşaçı və turistlərin axını da gözlənilir. Qonaqların yerləşdirilməsi, hərəkət marşrutlarının tənzimlənməsi zəhmət tələb edir. Ən əsası isə həmin idmançıların təhlükəsizliyinin təmin edilməsidir. Sözsüz ki, regionda baş verən hadisələr də nəzərə alınmaqla bu proseslər həyata keçiriləcək. Bununla bağlı bizim təcrübəmiz də var. "Eurovision-2012" mahnı müsabiqəsi zamanı da lazımi təhlükəsizlik tədbirləri həyata keçirildi və bu tədbir yüksək səviyyədə baş tutdu. Düşünürəm ki, bu gün hüquq-mühafizə orqanları ilk Avropa Oyunlarının keçirilməsinə də hazırdırlar. Eyni zamanda, müvafiq işlərin görülməsi davam etdirilir. Bu tədbirin təhlükəsizlik məsələləri yüksək səviyyədə həyata keçiriləcək. Buna heç kimin şübhəsi olmasın.
- Azər müəllim, Avropa Oyunlarına hazırlıqla yanaşı, Azərbaycanın diqqəti həm də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçirilən tədbirə yönəlib. Yüksək səviyyəli dövlət rəsmilərinin də qatıldığı bu tədbirlə Türkiyə bütün dünyaya hansı mesajı vermiş oldu?
- Çanaqqala döyüşü türk tarixinin qızıl hərflərlə yazılan zəfəridir. Ermənilərin dünyaya hay-küy saldıqları "soyqırımı" da həmin ərəfənin qondarma tarixinə təsadüf edir. 24 aprel 2015-ci ildə ermənilər "100 illik yubiley" keçirməklə özlərinin yazıq və məzlum xalq olduqlarını göstərmək və bunun müqabilində "soyqırımı"nın tanınmasında əsas məqsəd kimi maddi kompensasiya və digər yardımlar almaq marağı güdürlərsə, digərləri şəhidlərinin ruhu qarşısında baş əyirlər. Bu döyüşlərdə türk ordusunun tərkibində azərbaycanlılar da vuruşub və ilkin hesablamalara görə, 10 minə yaxın itki veriblər. Həmin şəxslərin 3 min nəfərə yaxını haqqında tarixi sənədlər mövcuddur. 18 mart Çanaqqala Şəhidlərini Anma Günü elan edilib. Hər il milyonlarla şəxs dünyanın hər bir guşəsindən Çanaqqalanı ziyarətə gəlir, orada əbədi uyuyan öz zamanının və ömürlük qəhrəmanların ruhu qarşısında baş əyirlər, burada məğlublar və qaliblər, daha doğrusu, onların nəvə-nəticələri bir araya gəlirlər. Bu məzarlıqlarda uyuyan insanların hansı dövlətlərə mənsub olduqlarını belə ayırd etmək mümkün deyil. Hamı fəxarət hissi keçirir və qürur hissi duyur. Əlbəttə ki, qalib tərəf bunu daha çox duyur, hiss edir. Heç kim bunun soyqırımı və ya qətliam olduğunu dilinə belə gətirmir. Biz sülh tərəfdarıyıq, lakin torpaqlarımızın hər qarışı üçün vuruşmağa, ən uca ad olan Şəhidlik zirvəsinə ucalmağa hazırıq. Dünyaya cağırışımız budur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu





