"Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırış Azərbaycana qarşı ideoloji müharibə və təbliğatın tərkib hissəsidir".
Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli "Amnesty International" təşkilatının I Avropa Oyunlarını boykot etməyə çağırışına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, "Amnesty International" təşkilatının I Avropa Oyunlarını boykot etməyə çağırışı bizim üçün yeni şey deyil: "Əvvəla, Azərbaycanı sevməyən qüvvələr var. Azərbaycanın ümumi inkişafına mane olmağa cəhd edən dövlətlər var. Azərbaycana qarşı münasibətlərində yenə də imperiya ambisiyasını yaşadan insanlar var. Azərbaycan dünyanın diqqətini çəkə biləcək hər hansı möhtəşəm və mötəbər addımlar atdıqda həmin qüvvələr narahat olmağa başlayır".
Digər tərəfdən, F.İbrahimlinin fikrincə, onlara bu işdə Azərbaycanın içindən dəstək olan anti-Azərbaycan qüvvələr də var: "İçimizdə bəzi "denikinlər" var ki, xaricdən dəstəklə yaşayırlar. Onların genetik kodunda anti-Azərbaycan düşüncələri, qanı yaşayır. Onlar xarici qüvvələrə belə məsələlərdə daim kömək edir, onlara saxta informasiyalar verirlər. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın nüfuzu deməkdir. Olimpiya Oyunlarının burada baş tutması Azərbaycanın dünyaya çıxması, daha çox tanınması, sayılması, qəbul edilməsi, dövlət kimi bütün dünyanın diqqətini cəlb etməsi deməkdir. Belə olan halda həmin "qara qüvvələr" baş qaldırır və ideoloji müharibə və təbliğata başlayırlar. "Amnesty International" təşkilatının bu addımı da məhz həmin müharibə və təbliğatın tərkib hissəsidir".
Milli.Az
Siyasət
"I Avropa Oyunlarını boykota çağırış Azərbaycana qarşı ideoloji müharibənin tərkib hissəsidir"
5 Mart 2015 16:17
Baxış: 781
DİGƏR XƏBƏRLƏR
- Bu gün İran-Azərbaycan əlaqələri tarixində unudulmaz gün kimi yadda qalacaq – İranlı nazir
- Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
- İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
- Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək
- Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
- İlham Əliyev: Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq
XƏBƏR LENTİ
- Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz
- İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
- İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri
- Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu gün Çingizin toyudur - FOTO
- Saç tökülməsinin qarşısını alan 3 əsas qida
- Bakıda sərnişin avtobusları qəza törətdi - xeyli sayda yaralılar var - FOTOlar
- Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
- Ağsuda yol çökdü
- Latviya parlamentinin sədri Şuşaya səfər edib
- Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
- Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
- Bitlisdə avtobus dərəyə düşdü - yaralananlar var
- Bu gün İran-Azərbaycan əlaqələri tarixində unudulmaz gün kimi yadda qalacaq – İranlı nazir
- Ermənistanda Tavuş vilayətinin Kirants kəndinə giriş müvəqqəti məhdudlaşdırılıb
- Yolda təsadüfən saxlanılan gəncin maşını narkotik laboratoriyası çıxdı - FOTO
- Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
- Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
- Sumqayıtda mənzildən kişi meyiti tapıldı
- Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
- Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
- İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
- Taleh və Xatirədən övladlarıyla bağlı paylaşım