"Avropa Şurası Parlament Assambleyası da Ermənistanın bu işğalçı siyasətinə qiymət verərək onun üzvlük məsələsinə yenidən baxmalıdır".
Bu barədə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev mayın 3-də Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkisi"ni şərh edərkən deyib.
B.Əliyev əlavə edib ki, bu qondarma "seçkilər"in heç bir hüquqi əsası yoxdur: "Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT və Avropa Şurasının qətnamələri var və hesab edirik ki, işğal edilmış ərazilərdə hər hansı seçkinin keçirilməsi yolverilməzdir. Eyni zamanda, Avropa Şurasının üzvü olan bir ölkənin digər ölkənin ərazisini işğal etməsi onun Avropa Şurasına üzv olmasını böyük sual altında qoyur".
Deputat hesab edir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin "parlamenti"nə qurama "seçkilər"in keçirilməsinin planlaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına böyük zərbədir.
O qeyd edib ki, əgər Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri ilə bağlı danışıqlar gedirsə və ATƏT-in Minsk qrupunun həmsədrləri deyirsə ki, bu danışıqları davam etdirək, bu cür qondarma "seçkilər"in keçirilməsi danışıqlar prosesi üçün çox böyük əngəldir və çox böyük təəssüf doğurur ki, nə üçün həmsədrlər bununla bağlı ciddi bəyanat vermirlər, bunu qeyri-qanuni adlandırmırlar və Ermənistanı bu cür qeyri-qanuni hərəkətlərdən əl çəkməyə və danışıqlar prosesini pozmamağa məcbur etmirlər.
Milli.Az
Siyasət
Bəxtiyar Əliyev: "AŞ PA Ermənistanın üzvlük məsələsinə yenidən baxmalıdır"
27 Fevral 2015 15:41
Baxış: 642
DİGƏR XƏBƏRLƏR
- Onlar bu reallıqla barışmaq istəmirlər - Azər Qarayev
- Ermənistanın mina terroru ən böyük bəşəri cinayətlərdəndir - VİDEO
- Küveyt Dövlətinin Əmiri İlham Əliyevə təbrik məktubu göndərib
- Bəhreynin Baş naziri İlham Əliyevi təbrik edib
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Filippinin dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib
XƏBƏR LENTİ
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bu qidaları südlə birlikdə yemək olmaz
- İrəvanda zəlzələ oldu
- Simonyan ələ saldı: Hanı “artsax bayraqları”?
- İran "iPhone"u tam qadağan etdi
- Çingizdən anası ilə bağlı paylaşım - FOTO
- Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
- Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib
- Paytaxtın bu ərazilərində qaz olmayacaq
- Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
- Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib
- Günə bu qida ilə başlayın - İnanılmaz faydaları var
- "Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq
- Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb
- Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardımı müzakirə edib
- Asiyanın ən varlı adamı arvadına 77 milyonluq ev hədiyyə etdi - FOTO
- Daha 23 nəfərin bank kartından pul oğurlandı
- İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran
- “Real”ın ÇL-in finalı üçün iştirak ərizəsi - SİYAHI
- "iPhone 16"da bu yenilik olacaq - FOTO
- Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb
- Ermənistan bizə elə bir məqamda xəyanət edir ki… - Zatulin
- Almaniya Ukraynaya 500 milyonluq hərbi yardım göndərir
- "Whatsapp" statusuna necə keyfiyyətli video yükləmək olar?