Siyasət

"Minsk qrupunun formatında dəyişikliyə ehtiyac yoxdur"

27 Fevral 2015 13:40
Baxış: 631
Türkiyə və Almaniyanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasına cəlb edilməsi məsələsi gündəlikdə yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə əsas missiya Fransa, Rusiya və ABŞ-ın üzərinə düşür, hazırda formatın dəyişikliyinə ehtiyac yoxdur.

H.Hacıyev qeyd edib ki, Ermənistana təzyiq etməyin, ona qarşı sanksiyalar tətbiq etməyin və deskrutiv mövqedən imtina etməyin vaxtı çatıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işləməlidirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.