Siyasət

ABŞ Konqresmeni Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı bəyanat verib

27 Fevral 2015 08:58
0 Şərh     Baxış: 1 026
Texasdan olan ABŞ Konqresmeni Pit Olson ABŞ Konqresində Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə bəyanatla çıxış edib.

Trend yazır ki, Konqresmen 1992-ci ilin 26 fevral tarixində Azərbaycan torpağı olan Xocalıda erməni qüvvələri tərəfindən qətliam törədildiyini və nəticədə 613 mülki şəxsin öldürüldüyünü bildirib.

Konqresmen Olson ötən müddət ərzində Azərbaycanın uğurlu və iqtisadi baxımdan çiçəklənən ölkəyə çevrildiyini deyib. O, Azərbaycanın çox əhəmiyyətli geosiyasi məkanda ABŞ-ın etibarlı tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın İsrail ilə olan yaxın tərəfdaşlığını qeyd edib.

Konqresmen Olson 25 fevral tarixində ABŞ Konqresində Xocalı faciəsinin 23-ci ildönümü münasibətilə keçirilmiş anma mərasimində iştirak etmiş və faciə barədə ətraflı danışmışdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.