Siyasət

"Rossiya 24" telekanalında Mehriban Əliyevaya həsr olunmuş film nümayiş etdirilib - VİDEO

27 Dekabr 2014 15:08
Baxış: 1 836
Rusiyanın "Rossiya 24" telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilib.

Filmdə Mehriban Əliyevanın xeyriyyə, mədəni və təşkilati fəaliyyəti haqqında danışılır, həmçinin onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsindən bəhs edilir.
 

Film müəllifləri UNESCO-nun baş direktoru İrina Bokova, Fransa parlamentinin deputatı Natali Qule, məşqçi İrina Viner, Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya, məşhur aktyorlar Rober Osseyn və Ornella Mutidən müsahibə alıblar.


Milli.Az Trend-ə istinadən filmi təqdim edir.

Milli.Az


 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.