Heydər Əliyevin anım günü münasibətilə Litvada bir sıra tədbirlər keçirilib - FOTO
Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Litvanın Kaunas şəhərində bir sıra tədbirlər keçirilib.
Milli.Az bildirir ki, Səfirlikdən Trend-ə verilən məlumata görə, ilk olaraq anım mərasimi Vitautas Maqnus Universitetində Kaunas şəhərində təhsil alan azərbaycanlı tələbələrlə keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması təşəbbüsünün əsası ümummilli lider tərəfindən qoyulduğunu və keçən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı tələbəni Rusiyanın nüfuzlu elm ocaqlarında təhsil almağa göndərdiyini auditoriyanın diqqətinə çatdıraraq, Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verib, onun tərəfindən təməli qoyulmuş və həyata keçirilmiş nəhəng layihələrdən danışıb.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tələbələrə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.
Sonra tədbir Litva bəstəkarı və rəssamı, Litva peşəkar musiqisinin banisi Mikaloyüs Çürlyonisin adına milli incəsənət muzeyində M.Çürlyonisin və Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərinin ifası ilə davam edib.
Tədbirdə Kaunas şəhərinin nümayəndəsi Viliya Adaşkeviçiene, Vitautas Maqnus Universitetinin və Kaunas Texnologiya Universitetin prorektorları və müəllimləri, Vitautas Maqnus Universitetinin musiqi fakültəsinin dekan müavini, M.Çarlionisin nəticəsi Rokas Zubovas, "AYOL" Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Şahsuvar Hacızadə, Kaunasın ali məktəblərində təhsil alan azərbaycanlı, xarici və yerli tələbələr iştirak ediblər.
Səfir H.Məmmədzadə tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasiminin Litvanın və Azərbaycanın dahi bəstəkarlarının musiqiləri ilə yad edilməsindən məmnunluq duyduğunu bildirərək, Heydər Əliyev və Ü.Haclbəyli haqqında qısa məlumat verib.
Daha sonra çıxış edənlər - ADA Universitetinin tələbəsi, hazırda tələbə mübadiləsi proqramı ilə Vitautas Maqnus Universitetrində təhsil alan Elnur İmanbəyli Ü.Hacıbəylinin, M.Çürlyonisin nəticəsi Rokas Zubovas isə M.Çarlionisin yaradıcılığı haqqında ətraflı məlumat veriblər.
Mərasimdə Vitautas Maqnus Universitetinin musiqi fakültəsinin tələbələri və həmin fakültənin dekan müavini, M.Çarlionisin nəticəsi Rokas Zubovas tərəfindən M.Çürlyonisin və Ü.Hacıbəylinin əsərlərindən parçalar ifa edilib.
Tədbirdə aparıcı qismində ADA Universitetinin tələbəsi E.İmanbəyli və ADA-nın məzunu, Litva vətəndaşı Ruta Beinorüte çıxış ediblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)





