Noyabrın 12-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri baş tutacaq. Səfər zamanı iki ölkə arasında əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 10 sənəd imzalanacaq.
Azərbaycan və İran arasında münasibətlər ötən 20 il ərzində enişli-yoxuşlu da olsa, inkişafa meylli olub. Azərbaycan və İran dövləti və xalqlarını bir-birinə dərin tarixi, mədəni və dini köklər bağlayıb. Bu dərin bağların olması iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün zəmin yaradır. Azərbaycan və İran rəsmilərinin və hər iki ölkənin siyasi ekspertlərinin qənaətincə, son aylar ərzində dövlət nümayəndələrinin qarşılıqlı səfərləri onu göstərir ki, Bakı-Tehran əlaqələrində yeni səhifə açılıb.
Ümumi sərhədlərinin uzunluğu 670 kilometrdən çox olan Azərbaycan və İran Xəzəryanı ölkələrdir. İki ölkə arasında indiyədək təhlükəsizlik, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində 3 sənəd imzalanıb. Bu sənədlərin imzalanması dövlətlər arasında qarşılıqlı inamın yaranması və anlaşılmazlıqların aradan qaldırılması istiqamətində atılmış önəmli addımlardandır.
İki ölkə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların yatırılması, Bakı-Astara magistral yolunun yenidən qurulması, Parsabad-İmişli- Şirvan-Salyan elektrik ötürücü xəttinin inşası, "svap" əməliyyatlar çərçivəsində Naxçıvana qazın ötürülməsi, Araz çayı üzərində su elektrik stansiyasının tikintisi, sərhədyanı bölgələrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi, sərhəd-buraxılış məntəqələrində gediş-gəlişin sadələşdirilməsi, elm və mədəniyyət sahəsində əməkdaşlıq, iki ölkə arasında aviareyslərin sayının artırılması, o cümlədən Bakı-Təbriz-Tehran reysinin təşkili kimi məsələlərdə sıx əməkdaşlıq edir.
Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün geniş potensial var və hər iki ölkə bu potensialdan istifadə etməklə strateji müttəfiq ola bilər. İran Azərbaycanın regionda önəmli ölkə və Qafqaza açılan qapı olduğunu bilir. İki ölkə arasında həm quru, həm də su sərhədlərinin olması ticarət, tranzit və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün zəmin yaradır. Azərbaycan da İranın regionda və dünyadakı mövqeyini və rolunu qiymətləndirir. İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı regionda sülh və təhlükəsizliyin təmininə töhfə verə bilər.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcudluğuna baxmayaraq, rəsmi Tehranla Bakı arasında əlaqələr hələ ki, arzuolunan səviyyəyə çatmayıb. Lakin hər iki ölkənin rəhbərliyi əlaqələrin ən yüksək səviyyəyə çatmasında maraqlıdır.
Təmkin Cəfərov
Trend - Fars xəbərlər xidməti
Siyasət
Azərbaycan və İran münasibətlərində yeni səhifə
10 Noyabr 2014 11:52
Baxış: 697
DİGƏR XƏBƏRLƏR
- Avropa Parlamentinin fransalı üzvü Natali Luazo uzun müddətdir ermənipərəst mövqeyi ilə tanınır
- Konqresdə ölkəmiz “hədəf”ə alındı
- “Ermənilərlə cici-bacılıq edirdilər” - VİDEO
- Prezident bu şəxsləri təltif etdi
- İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
- Azərbaycan diasporu: yeni məqsədlər və yeni imkanlar
XƏBƏR LENTİ
- 66 yaşlı Şeron Stoun çimərlik geyimində - VİDEO
- 42 yaşlı Priyanka "yandırıb-yaxdı" - FOTO
- “YouTube”da reklamlar daha da artacaq
- Bakıda məktəb heç bir səbəb göstərilmədən BAĞLANIR? - AÇIQLAMA
- Payızda geyinə biləcəyiniz dəbli jaketlər - FOTOlar
- İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo
- Bryanska kütləvi PUA hücumu: Rusiya HHM-lər işə düşdü
- ABŞ Ukraynaya 375 milyon dollarlıq yardım ayırır
- Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir - Bianki
- Xalq artisti dəniz kənarında belə görüntüləndi - VİDEO
- BMT-dən İsrail və Livana çağırış!
- İsraildən açıqlama: İstənilən ssenariyə hazırıq!
- Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - Xəbərdarlıq
- Elza AYB-yə çağırıldı: Anar xəbərdarlıq etdi
- Günün qoroskopu: Ağır fiziki işi unudun
- Polis rəisi hakimi öz otağında qətlə yetirdi
- Biləsuvarda GES-in tikintisinə 100 milyon dollar ayrılacaq
- Qazaxıstan Azərbaycana bu məhsulun tədarükünü artırmaq istəyir
- Bakıda 16 mərtəbəli binada yanğın: sakinlər təcili təxliyə edildi - FOTO
- Ağdamdakı zavod ildə 510 min cüt ayaqqabı istehsal edəcək - FOTOlar
- Uşağın başına bit düşüb? - Təbii yolla xilas üsulu açıqlandı
- Azərbaycanda abortla bağlı dəhşətli statistika: Əksəriyyəti gəncdir
- Ağdam Sənaye Parkında ölkədə ilk dəfə elektromobillərin şarj cihazları istehsal olunacaq - FOTOlar
- İordaniya əsrlərdir insanları qorxuda saxlayan təhlükəli xəstəlikdən xilas olan ilk ölkə oldu