Konqresdə ölkəmiz “hədəf”ə alındı
ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycanın əleyhinə səsləndirilən əsassız ittihamlar, xüsusən də ermənipərəstkonqresmenlər və Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocampo tərəfindən səsləndirilən iddialar, tamamilə məntiqdən kənar və həqiqətdən uzaqdır.
Dinləmələr zamanı Naxçıvanın blokadası və Azərbaycanın "soyqırım siyasəti" kimi iddialar səsləndi, lakin bu ittihamlar nə hüquqi, nə də mənəvi əsaslarla təsdiqlənə bilməz. Ermənistanın təxribat xarakterli fəaliyyətlərinə hüquqi qiymət verilmədən, dinləmələr yalnız bir tərəfin mövqeyini əks etdirməklə obyektivlikdən uzaq qaldı.
Tom Lantos Komissiyasında keçirilən bu dinləmələr açıq-aşkar şəkildə Azərbaycanın beynəlxalq nüfuzuna, habelə ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır. Burada pro-erməni mövqeləri ilə seçilən Kriştofer Smit kimi konqresmenlər, Ermənistanın təxribatlarına göz yumaraq, guya "120 min erməninin soyqırım təhlükəsi" altında olduğunu bəyan ediblər. Bu, Azərbaycana qarşı açıq-aydın yalan məlumatın geniş ictimaiyyətə ötürülməsi məqsədi güdür.
Kriştofer Smitin dedikləri beynəlxalq hüquq normalarına ziddir. O, Azərbaycanın guya "120 min ermənini qəsdən ac və susuz saxladığını" iddia edir, lakin bu fikirlər tamamilə əsassızdır. Azərbaycanın humanitar yardımların Qarabağa çatdırılması üçün göstərdiyi cəhdlərə göz yumulur. Bu dinləmələr yalnız Ermənistanın təxribatlarının davam etdirilməsinə xidmət edir.
Xüsusilə Luis Moreno Okampo tərəfindən təqdim edilən hesabat, hüquqi faktlardan daha çox emosional təhriklər üzərində qurulmuş bir sənəddir. Okampo açıq şəkildə bildirir ki, "Azərbaycana qarşı soyqırım ittihamı irəli sürülməlidir və Laçın dəhlizinin bağlanması soyqırım niyyəti"ilə həyata keçirilib". Bu iddialar tamamilə məntiqsizdir, çünki Azərbaycan heç vaxt erməni əhalisinə qarşı "soyqırım siyasəti" yürütməyib. Əksinə, Okampo öz hesabatında soyqırım anlayışını bilərəkdən təhrif edərək, bu ciddi ittihamı siyasi təzyiq alətinə çevirməyə çalışır. Beynəlxalq hüquq üzrə mütəxəssislər tərəfindən Okamponun bu iddiaları dəfələrlə təkzib olunub və onun çıxışlarının hüquqi əsası yoxdur.
Okampo "blokadanın erməni xalqının məhv edilməsi üçün istifadə edildiyi"ni iddia edir. Lakin bu ittihamlar da hüquqi və faktoloji əsasa malik deyil. Azərbaycan regionda yaşayan hər bir vətəndaşın təhlükəsizliyini və hüquqlarını təmin etməyə çalışır, Ermənistanın isə münaqişəni dondurmaq və Azərbaycanın suverenliyinə zərbə vurmaq cəhdləri göz ardı edilir.
Azərbaycan hökuməti dinləmələrə dərhal reaksiya verərək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı səsləndirilən ittihamları rədd etdi. Bəyanatda vurğulandı ki, ABŞ Konqresində separatçı rejimin nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir beynəlxalq hüquq normalarına ziddir və iki ölkə arasındakı münasibətlərə zərər vurmaq məqsədi daşıyır. Azərbaycan ABŞ-dan bu cür təxribatçı addımların qarşısını almağı tələb edir və ABŞ Konqresinin bu kimi qərəzli dinləmələrdə iştirak etməməsini istəyir.
Ermənistanın və onun tərəfdarlarının məqsədi açıq şəkildə Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq və regionda sülh prosesini pozmaqdır. Bu dinləmələr, Azərbaycanın antiterror əməliyyatlarının beynəlxalq hüquqa uyğun olmasına baxmayaraq, əsassız ittihamlarla Azərbaycana qarşı təzyiq göstərməyə çalışır. Ermənilər və onların tərəfdarları beynəlxalq səviyyədə Azərbaycanın guya "dini zəmində münaqişə yaratmağa" çalışdığını iddia edərək, bu prosesləri dini müstəviyə yönəltmək istəyirlər ki, bu da regionda sülhə ciddi zərbə vurur.
Tom Lantos adına İnsan Haqları Komissiyasında keçirilən bu dinləmələr Azərbaycan əleyhinə yönəldilmiş açıq-aşkar siyasi təxribatdır. Azərbaycan hökumətinin və xalqının ərazi bütövlüyünü qorumaq səyləri Ermənistan və onun tərəfdarları tərəfindən sistemli şəkildə təhrif olunur. Azərbaycana qarşı səsləndirilən genosid ittihamları hüquqi və faktoloji əsaslardan məhrumdur və beynəlxalq hüququn açıq-aydın təhrif edilməsidir. ABŞ Konqresi bu cür dinləmələrin və tədbirlərin təşkil olunması ilə yalnız Ermənistanın separatçı siyasətinə dəstək verir və regionda sülhün təmin olunmasına maneə yaradır.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı





