AŞ PA-nın plenar iclasında Azərbaycanın işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı məruzənin hazırlanması barədə qərar qəbul olunub
O qeyd edib ki, bu, ölkəmiz üçün çox vacib və uğurlu nəticədir: "Prosedur qaydalarına əsasən, bir qayda olaraq Büro iclaslarının protokolları plenar iclasda təsdiq edilir və bir qayda olaraq bu proses indiyədək texniki xarakter daşıyırdı. Lakin 2 sentyabr tarixli Büro iclasında çox gərgin müzakirələr nəticəsində 20 səs lehinə, 5 səs əleyhinə olmaqla "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması haqqında qərar qəbul edildi və bu tapşırıq aidiyyəti üzrə Siyasi məsələlər komitəsinə göndərildi".
Onun sözlərinə görə, əlbəttə ki, bu qərar qəbul edildikdən sonra AŞ PA-dakı ermənipərəst qüvvələr və Ermənistan hakimiyyəti ciddi narahatlıq keçirdi: "Hətta AŞ PA-nın baş katibi Voytsex Savitski qərarla razı olmadığını, məruzənin başlığının Ermənistana qarşı təxribat olduğunu və plenar iclasda Büro protokolunun təsdiq edilməsinin qarşısını alacağını bildirdi. Ermənistan tərəfi də bu qərarın qarşısını almaq üçün bütün imkanlarından istifadə etdməyə başladı.
Gözlənildiyi kimi, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyəti məruzənin adına qəti etiraz etdiklərini və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar getdiyi bir vaxtda belə bir məruzənin hazırlanmasına dair qərarın qəbul edilməsinin təxribat olduğunu bildirdilər və protokolun təsdiqlənməsinə qarşı olduqlarını diqqətə çatdırdılar. Bir qrup ermənipərəst deputat da Ermənistan tərəfini dəstəklədiklərini və əksinə səs verəcəklərini bildirdilər. Məsələ səsverməyə çıxarıldı və səs çoxluğu ilə Büronun 2 sentyabr qərarı təsdiq edildi. Bu, bizi qələbəyə yaxınlaşdıran ciddi bir addımdır və növbəti mərhələ 1 oktyabrda Siyasi məsələlər komitəsində məruzəçinin təyin edilməsindən ibarətdir. Şübhəsiz ki, burada da çox böyük gərginlik qaçılmazdır. Gəlin ümid edək ki, düşmənlər bu məsələdə də pis niyyətlərinə çatmayacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto/Video)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





