Siyasət
Səfir: "Litva və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq üçün çox böyük potensiala malikdirlər" - FOTO
19 Sentyabr 2014 16:05
Baxış: 1 705
"İlk növbədə, qeyd etmək istərdim ki, Litvanın Azərbaycandakı səfirliyinin siyasətində xüsusi dəyişiklik olmayacaq. Çünki ölkə hökumətinin və Xarici İşlər Nazirliyinin xarici dövlətlərlə əməkdaşlıq sahəsində siyasəti müəyyən edilib və bu, bütün qonşularla səmimi əməkdaşlıqdır".
Bu barədə Trend-ə müsahibəsində Litvanın Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas bildirib.
Onun sözlərinə görə, belə səmimi əməkdaşlığa nümunə kimi Azərbaycan və Litva arasında iqtisadi əlaqələr xidmət edə bilər: "Azərbaycanda Litva səfirliyi yeni açılanda ölkələr arasında idxal və ixrac həcmləri minimal idi, bu gün isə həmin göstəricilər yüz faizlərlə artıb".
V.Lastauskas qeyd edib ki, hər iki ölkə ikitərəfli əlaqələri inkişaf etdirməli və qarşılıqlı potensialı öyrənməlidir: "Mənim birinci növbədə işim Azərbaycanı daha yaxşı tanımaq, bir-birimizə nə ilə faydalı ola biləcəyimizi öyrənmək, eləcə də bunu konkret layihələrdə təcəssüm etdirməkdir".
Diplomat deyib ki, ölkələr arasında daimi olaraq müxtəlif sahələrdə əlaqə saxlanılır, siyasi məsləhətləşmələr keçirilir: "Misal üçün, bu ilin oktyabrında Şəmkirdə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu o deməkdir ki, biz regionun timsalında görəcəyik ki, ikitərəfli əməkdaşlığı necə yaxşılaşdırmaq olar".
O əlavə edib ki, Şəmkirdə biznes forum da keçiriləcək. Tədbirdə iştirak etmək üçün Azərbaycana Litvanın işgüzar dairələrinin nümayəndələri gələcəklər.
Litvalı diplomatın sözlərinə görə, ölkələr mədəniyyət, təhsil və idman sahələrində bir-birilərindən çox şey öyrənə bilərlər: "Hazırda artıq belə layihələr mövcuddur. Həmçinin, Litvadakı bir çox festivallarda və folklor layihələrində Azərbaycandan kollektivlər iştirak edirlər".
V.Lastauskas bildirib ki, Litva və Azərbaycanın bir çox ümumi oxşarlıqları var: "O cümlədən ötən əsrin əvvəllərində polyak və litvalı memarlar hər iki ölkədə bir sıra memarlıq binaları ucaldıblar".
Litva şirkətləri Azərbaycanda
Bu gün Azərbaycanda Litva istehsalı olan süd məhsullarına tez-tez rast gəlmək olar. Amma ehtimal ki, çoxları Litvanın İT və nəqliyyat sahəsində iri layihələr reallaşdırdığından xəbərsizdir. V.Lastauskas bildirib ki, çünki ölkə şimalla cənubun, qərblə şərqin coğrafi kəsişməsində yerləşir.
Onun sözlərinə görə, Litvada bütün dünyada məşhur olan biotexnologiyaların hazırlandığını az adam bilir. Nümunə kimi neft dağılmalarından və texnogen qəzalardan sonra ətraf mühitin sürətli təmizlənməsi texnologiyalarını göstərmək olar: "Yalnız mütəxəssislər insanı əhatə edən gündəlik əşyalarda tətbiq olunan lazer texnologiyalarının məhz Litvada geniş inkişaf etdiyini bilirlər".
Diplomat qeyd edib ki, Litvanın təcrübəsi layihələndirmə, tikinti və xidmət sahəsində faydalı ola bilər: "Öz növbəsində, Azərbaycan özünün yüksək ixtisaslı mütəxəssisləri ilə hansısa sahələrdə bizə kömək edə bilər və bu təcrübə mübadiləsi ölkələrimizi konkret birgə layihələrin reallaşdırılmasına gətirib çıxara bilər".
Turizm sahəsi
V.Lastauskas deyib ki, Druskininkay kurortunda, eləcə də Baltik dənizi sahillərindəki Palanqa şəhərində yerləşən müalicə mərkəzləri Azərbaycandan olan turistlər arasında da çox məşhurdur: "Əlbəttə, viza rejimi turizmin inkişafı üçün kiçik əngəl olsa da, biz daim bu məsələyə kömək etmək üçün bütün məsul əməkdaşların texniki imkanlarından istifadə etməyə çalışırıq".
Səfirin sözlərinə görə, Litva ilə Azərbaycan arasında birbaşa hava nəqliyyatının yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir, çünki müasir dünyada insan yola çox vaxt sərf etmək istəmir: "Təəssüf ki, hazırda belə birbaşa hava yolunun açılması üzrə layihə reallaşdırılmır. Lakin səfirliyimiz və azərbaycanlı həmkarlarımız bu məsələnin öz həllini tapması üzərində işləyirlər. Bu, ölkələr arasında turizm əlaqələrinin daha da genişlənməsinə kömək edərdi".
O bildirib ki, hər iki ölkədə gəzməli-görməli yerlər var, lakin birbaşa aviareysin olmaması qarşılıqlı səfərləri çətinləşdirir.
Energetika sahəsində əməkdaşlıq
V.Lastauskas qeyd edib ki, Azərbaycanın malik olduğu resurslar, əlbəttə, ölkənin müstəqilliyinin möhkəmlənməsinə yardım edir: "Litva müstəqillik əldə etdikdən sonra enerji resurslarının tədarükü ilə bağlı çətinliklərlə üzləşirdi. Belə ki, cari ilə qədər, məsələn, biz bir təbii qaz ixracatçısından - "Qazprom"dan asılı idik və yalnız Şərqdən bir enerji paylayıcı şəbəkəyə qoşulmuşduq".
Səfir bildirib ki, amma artıq bu il Litva Klaypeda şəhərindəki dəniz limanında maye qaz terminalını açacaq. Terminal hələ açılmadan bir neçə ixracatçı ilə yeni qiymətlər barədə razılığa gəlməyə kömək edib.
Onun sözlərinə görə, bu, Litvanın ilk tətbiq edənlərdən olduğu "Üçüncü enerji paketi" sayəsində mümkün olub.
Bu gün Litva digər Avropa ölkələri ilə interkonnektorların açılmasını gözləyir. Səfir artıq iki ildən sonra Litva ilə Polşa arasındakı qaz kəmərinin işə düşəcəyini bildirib: "Gələn il isə Litva və İsveç arasında elektrikötürücü xətlər istismara veriləcək".
Diplomat qeyd edib ki, bütün bu layihələr bazar qiymətləri ilə enerji resursları almağa imkan verir və bu kontekstdə Litva öz ixrac marşrutlarını şaxələndirməyi qərara alan Azərbaycanla əməkdaşlığın gözəl perspektivlərini görür.
Səfir deyib ki, litva və Azərbaycan hər iki ölkənin hasilatına maraq göstərdiyi şist qazının çıxarılması üzrə əməkdaşlıq edə və layihələr həyata keçirə bilərlər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)