Siyasət
"Ordumuzu optik cihaz və sistemlərlə tam təmin etməyə hazırıq" - FOTO
16 Sentyabr 2014 14:19
0 Şərh
Baxış: 2 775
"Bu gün Müdafiə Sənayesi Nazirliyinin (MSN) imkanları çox böyükdür. Biz Azərbaycan Ordusunu optik cihaz və sistemlərlə tam təmin etməyə hazırıq. Bu istiqamətdə mühüm işlər aparılır və gələcəkdə də davam etdiriləcək".
Bunu Trend-ə açıqlamasında MSN-in Optika-Mexanika İstehsalat Birliyinin "Alov" zavodunun baş direktoru Kamal Əsgərov deyib.
"Alov" zavodunun istehsal gücü barədə məlumat verən baş direktor bildirib ki, zavodun istehsal etdiyi 14 adda məhsul artıq Müdafiə Nazirliyi tərəfindən silahlanmaya qəbul olunub: "Bu məhsullar, əsasən, gündüz nişangahları, gecə görmə nişangahları, termal müşahidə qurğuları və nişangahlarıdır. Zavodda atıcı silahlar üçün 3 istiqamətdə nişangahlar istehsal olunur və onları sifariş edən quruma təhvil verilir".
K.Əsgərov bildirib ki, hazırda zavodda snayper tüfəngləri üçün 2 növ nişangah istehsal edilir: "Bunlar dəyişkən böyütməyə malik nişangahlardır. Onlardan yaxın və uzaq məsafəli atışlarda istifadə etmək olur. Hazırda silahlanmada olan "İstiqlal" tüfəngində də bizim istehsal etdiyimiz nişangahdan istifadə olunur. Silahın üstündəki nişangahla hədəfi 2000-2400 metrədək məsafədə görmək mümkündür".
O, həmçinin qeyd edib ki, zavodda 3 növ qırmızı nöqtəli kollimator nişangahları istehsal olunur: "Onlardan əsasən yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulan yüngül atıcı silahlarda istifadə olunur. Qırmızı nöqtəli kollimator nişangahları əsasən xüsusi xidmət orqanları üçün nəzərdə tutulub".
Zavodun baş direktoru əlavə edib ki, "Alov"da qumbaraatanlar üçün də nişangahlar istehsal edilir: "Onların üzərində elevator şəklində gecəgörmə nişangahı yerləşdirməklə silahın imkanlarını xeyli artırmağa nail olmuşuq. Yəni artıq qumbaratanın nişangahından həm gündüz, həm də gecə istifadə etmək olur. Biz "Alov"da gecəgörmə, monokulyar nişangahlarını həm fərdi müşahidə üçün istehsal edir, həm də həmin monokulyarları gündüz nişangahlarının qarşısında yerləşdirməklə onun imkanlarını artırırıq. Bununla həmin nişangahlardan gecə şəraitində də istifadə etmək mümkün olur".
Bundan əlavə, hazırda orduda 120, 82, 60 və 40 mm-lik minaatanların hamısında istehsal etdiyimiz nişangahlardan istifadə olunur. Bu nişangahları sıfırlamaq üçün əlavə olaraq kollimator da istehsal edirik: "Bütün bunların hamısı Azərbaycanda silahlanmaya qəbul olunub və silahların üzərində komplektləşdirilib. Onlardan hətta döyüş bölgəsində də istifadə edilir".
K.Əsgərov deyib ki, zavodun xarici ölkələrdən də sifarişi var: "Məsələn, nazirliyimiz xaricə qumbaraatan satır. Onun üzərində məhz bizim istehsal etdiyimiz nişangah komplektləşdirilir.
Ayrıca, qarşılıqlı müqavilə əsasında Türkiyənin ASELSAN şirkətinin də bəzi sifarişlərini yerinə yetiririk. Bizim Türkiyə ilə yanaşı Rusiya, Rumıniya, Belarus, İran, İsrail və s. ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığmız var".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto-Video)
XƏBƏR LENTİ
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)