Siyasət
Səfir: "Litvalı deputatın Azərbaycanın işğal olunmuş ərazisinə səfəri bu ölkənin özündə də ciddi ictimai qınağa səbəb olub"
2 Sentyabr 2014 17:28
0 Şərh
Baxış: 1 654
"Litva parlamentinin bir deputatının Ermənistanla yanaşı Azərbaycanın işğal altında olan ərazilərinə də səfər etməsi bu ölkənin özündə də ciddi ictimai qınağa və tənqidə səbəb olub"
Milli.Az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədov deyib.
O qeyd edib ki, faktla bağlı Litva parlamentinin vitse-spikeri, parlamentin xarici əlaqələr komitəsinin sədri, xarici işlər nazirinin müavini ilə görüşlər keçirib: "Bütün görüşlərdə Litva ilə Azərbaycan arasındakı dostluq münasibətləri xüsusi olaraq vurğulanıb. Litva hökumətinin və parlamentinin rəhbərləri, ziyalılar, ölkənin aparıcı media qurumları, millət vəkilləri bu səfəri qətiyyətlə pisləyirlər. Onların hər biri mənimlə də görüşlərdə Azərbaycanın Litva üçün önəmli tərəfdaş olduğunu vurğulayır, bu səfəri qınadıqlarını bildirirlər. Və xüsusi vurğulayırlar ki, bu səfər xanım Daliya Kuoditenin öz şəxsi maraqlarını Litva dövlətinin maraqlarından üstün tutmasının nəticəsidir".
H.Məmmədov qeyd edib ki, Litvanın 15 tanınmış ictimai təşkilatı bu səfərə etiraz olaraq birgə bəyanatla Litva prezidentinə müraciət etməyə hazırlaşır.
Səfirin bildirdiyinə görə, erməni mediasında bu səfər və heyətlə bağlı yazılanlar "şoudan başqa bir şey" deyil: "Bu gün Litva parlamentinin vitse-spikeri bu səfərin necə baş tutması barədə yerli mətbuata da geniş açıqlama verib. O bildirib ki, bu ilin iyul ayında iki deputat Ermənistana səfərə getmək üçün parlamentin müvafiq komitəsinə icazə almaq barədə müraciət ediblər. Araşdırmadan sonra səfər proqramında həm də Azərbaycanın işğal edilmiş ərazilərinə getmək da daxil edildiyi və bunun parlament rəhbərliyindən gizlədildiyi üzə çıxıb. Buna görə də parlament xətti ilə səfərə icazə verilməyib. Deputatlara işğal altındakı ərazilərə səfər edilməsinin Azərbaycanın narahatlığına səbəb olduğu bildirilib. Parlament rəhbərliyinin apardığı danışıq nəticəsində deputatlardan biri səfərdən imtina edib. Xanım Daliya Kuodite isə öz şəxsi maraqlarını daha üstün tutaraq, özəl səfər edib".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)