MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupunun ikinci iclası cari ilin 22-23 may tarixlərində Bakıda keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda MDB məkanında əlilliyin mövcud dinamikası, onun səbəbləri, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində mövcud vəziyyət müzakirə olunacaq. Eyni zamanda, bu sahədə normativ hüquqi bazanın BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğunlaşdırılması, əlilliyi olan insanların cəmiyyətin sosial həyatında fəal iştirakı üçün mövcud maneələrin aradan qaldırılması, belə şəxslərin sosial infrastrukturdan maneəsiz istifadəsinə şərait yaradılması istiqamətində aparılan işlər və s. barədə fikir mübadiləsi aparılacaq. Bu sahədə MDB ölkələri arasında qarşılıqlı məlumat və təcrübə mübadilələrinin aparılması da iclasın əsas mövzularından biri olacaq.
Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupuna Birliyə üzv ölkələrin aidiyyatı dövlət qurumlarının mütəxəssisləri və ekspertlər daxildir. İşçi qrupun ilk iclası cari ilin mart ayında Moskvada keçirilib. İclasın yekun qərarlarından biri kimi, növbəti belə iclasın Azərbaycan Respublikasında təşkil olunması qərara alınıb və bu barədə MDB İcraiyyə Komitəsinə müraciət olunub.
Milli.Az
Siyasət
Bakıda MDB-nin Məşvərət Şurasının işçi qrupunun iclası keçiriləcək
21 Aprel 2014 16:15
Baxış: 264
DİGƏR XƏBƏRLƏR
- "SOCAR"a hücumun pərdəarxası - Qaranlıq qalan sualların cavabları
- Azərbaycan QHT-ləri 26 ABŞ konqresmeninə Açıq Məktub ünvanladı
- İlham Əliyev Fatih Birolu qəbul edib - FOTO
- İlham Əliyev Sercio Mattarellanı təbrik edib
- İlham Əliyev iki fərmanda dəyişiklik etdi
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
XƏBƏR LENTİ
- Məşhur aktyor ekranlara qayıdır - FOTO
- Kapital Bank-ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib
- Ziraat Bank Azəraycan uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib - VİDEO
- Mourinyonu “Fənərbağça”ya getməyə bu tanınmış şəxs razı salıb
- HUAWEI WATCH FIT 3
- Avropa rinqinin ağası kimdir?
- Qohum evliliyindən xəstə doğulan uşaqların sayı ARTIR - VİDEO
- Röya lüks villasında belə dincəlir – VİDEO
- MN-dəki 143 milyonluq mənimsəmə: daha iki vəzifəli şəxs həbs edildi
- Bu şəxslərə verilən təqaüd iki dəfə azaldılır
- Doqquzuncu mərtəbədən yıxılan uşaq sağ qaldı
- Sabah ilk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə gedəcək
- İrəvan aeroportunda aclıq aksiyası keçirmiş jurnalist Fransaya qayıtdı
- Ən kobud bürclər - Onlardan uzaq durun
- “Qarabağ” Azərbaycan rekordunu yenilədi
- 6 direktor işdən çıxarıldı
- Demi Murdan çəkildiyi açıq-saçıq səhnələrlə bağlı ETİRAF - FOTOlar
- Qaçırdığı maşınla qəza törətdi
- Ağır qəzada xəsarət alan Nurlan əsgər imiş - FOTOlar
- Baş redaktor həbs edildi
- Bazar günləri parklanmaya görə qanunsuz ödənişlər alınır - VİDEO
- Ronaldo millidən kənarlaşdırıldı - SƏBƏB
- "SOCAR"a hücumun pərdəarxası - Qaranlıq qalan sualların cavabları
- Sosial yardımla bağlı sevindirici xəbər - Bu yenilik edildi