Kəlbəcərdə erməni məskunlaşması davam edir - VİDEO
Yaxın Şərqdə baş verən iğtişaşlardan sonra bu proses pik həddinə çatıb.Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşdırma prosesini sürətləndirib
Baxacağınız bu video yuxarıda deyilənlərin bariz nümunəsidir.
Ermənişünas alim, hazırda Türkiyə universitetlərində çalışan həmyerlimiz Qafar Çaxmaqlının Modern.az saytına təqdim etdiyi videoda ermənilərin Kəlbəcərdə necə məkunlaşdıqları, onların qədim Azərbaycan torpaqlarını necə öz adlarına çıxdıqları görüntülənir.
Kəlbəcərin ən hündür yerində dayanıb bu yerlərin ermənilərə aid ərazilər olduğunu qələmə verən erməni gənci özü də xaricdən buraya könüllü yaşamağa gələnlərdəndir. "Karvacar" adlandırdığı ("Kar"-ermənicə daş, "vacar" isə satmaq deməkdir) bu qədim türk məskəninin guya yalnız son 100-150 il ermənisiz qaldığını və nəhayət, öz sahibinə qovuşduğunu həyasızcasına iddia edən erməni gənci burada yerləşdirmə planının istədikləri kimi getmədiyindən narazıdır. Deyir ki, keçmiş hakimiyyət yanlış olaraq buraları dağıdıb talamaq siyasəti yürütmüşdü, bu o demək idi ki, nə zamansa buranın Azərbaycana təhvil veriləcəyi anlaşılırdı. Amma 1998-ci ildə "azad olunmuş" 7 rayonun hamısına ermənilər gətirilərək, onları burada yerləşdirmək bir qərara bağlandı və ondan sonra buraya əhali gəlib yaşamağa başladı. İndi Kəlbəcərin 122 kəndindən 15-16-da məskunlaşma gedir.
2007-ci ildən Bako Saakyan və onun separatçı komandası erməni milli maraqlarının ifadəçisi kimi çıxış edir. Kəlbəcər şəhərinin aşağı hissəsində videodan da göründüyü kimi, əhali yerləşdirilib və onlar burada yaşamaqdadır, evlər bərpa olunub. Bu evlərdə həm buranı özünə məskən seçənlər, həm də buraya çalışmağa gələnlər yaşayırlar.
2005- ci ildə burada mənzil tikilməsi dayandırılmışdı. İndi isə bu işə yenidən başlanılıb. Gəlmə erməni Aleksandr Kananyanın sözündən belə çıxır ki, ermənilər bu torpaqları heç vaxt Azərbaycana verməyəcəklər və bunda israrlıdırlar. Murovdan Araz çayına qədər ermənilərin məskunlaşdığı yüzlərlə kənd-qəsəbə var. Kəlbəcər və Laçın rayonları faktiki olaraq Qarabağı ərazicə Ermənistana bağlayıb.
Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Suriyadan qaçqın düşənlərin bir çoxunun məhz bu aralıq ərazidə yerləşdirilməsi də göstərir ki, həmin torpaqlar könüllü surətdə boşaldılmayacaq.
Videoda deyilir ki, məskunlaşdırıldıqları Azərbaycan ərazilərində doğulan erməni uşaqları buranı öz vətənləri sayır və onlar özləri ən etibarlı müdafiəçilərdir. Deyilir ki, bu işi ermənilər davam etdirməlidirlər.
Göründüyü kimi Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə ermənilərin yerləşdirilməsi davam etdirilir. Danışıqlar zamanı Dağlıq Qarabağın kənarındakı rayonların geri verilməsi belə, ermənilərin gündəmini məşğul etmir. Hətta bu məsələlər danışıqlar predmeti kimi ortaya çıxarkən milliyətçi təşkilatlar hakimiyyətə təzyiqlər göstərirlər ki, həmin ərazilrin Azərbaycana verilməsindən söhbət gedə bilməz. "Yerkrapa","Sərdarabad" kimi təşkilatlar dərhal hədələrlə ortaya atılır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto/Video)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





