Siyasət

KXCP Müsavat Partiyasının təklifini rədd etdi

14 Yanvar 2014 12:43
Baxış: 526
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Müsavat Partiyasının iki təşkilat arasında müttəfiqlik sazişinin imzalanması barədə təklifini qəbul etməyib.

Bunu APA-ya açıqlamasında KXCP Ali Məclisinin sədri Bəybala Əbil söyləyib.

KXCP İdarə Heyətinin dünən keçirilən toplantısında belə qərara gəlinib ki, ayrılıqda hər hansı partiya ilə müttəfiqlik sazişi imzalanmasın. B.Əbil deyib ki, KXCP partiya Ali Məclisinin qərarlarına uyğun olaraq bundan sonra da mövcud qurumlar - Milli Şura və Demokratik Qüvvələr Birliyi çərçivəsində əməkdaşlığı genişləndirəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.