Müxalifət düşərgəsində vəziyyət daha da ağırlaşır
Müsavat Partiyası ilə AXCP arasında gedən "söz müharibəsi" artıq əndazəni aşıb desək, yanılmarıq. Düzdür, hər iki partiya buna alışıqlı olsa da, budəfəki olaylar hadisələrin başqa məcraya yönəldiyini göstərir. Tərəflər arasında baş verən qalmaqal analoqu olmayan (günümüzün ən məşhur deyimi) həddə çatıb.AXCP və Müsavat "müharibəsi" bu aqressiv qüvvələrin əsl məqsədlərinin nədən ibarət olduğunu üzə çıxardı
Əslində baş verən hadisələr hər iki partiya yetkililərinin siyasi maskalarının yırtıldığını və bu dağıdıcı qüvvələrin nəyə qadir olduqlarını çılpaqlığı ilə cəmiyyətə göstərdi. Əvvəlcə sosial şəbəkələrdə başlanan qarşılıqlı ittihamlara, təhqirlərə, söyüşlərə indi hər iki partiyaya məxsus mətbu orqanlarda geniş yer verilməkdədir. Guya Müsavat Partiyası moratorium elan edib, AXCP isə susmur. Amma göz qabağındadır ki, susan tərəf yoxdur. Azərbaycan ictimaiyyətinə tanış olan bu destruktiv qüvvələr belə oyunlardan çox çıxıblar. Onlar yeri gələndə hansısa bəhanələrlə "birləşiblər", hansısa seçkidə iştirak etmək istəyiblər. Əgər xatırlayırsınızsa, 1998-ci il prezident seçkiləri ərəfəsində onlar SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) adlanan təşkilatda "birləşdilər". Lakin AXCP və Müsavat Partiyası "vahid namizəd" məsələsində ümumi qərara gələ bilmədilər. Seçki boykot olundu və SİDSUH yoxa çıxdı. Həmin zaman da tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər uzun müddət davam etdi. Çoxları düşünürdü ki, bu iki partiya arasında münasibət birdəfəlik pozuldu. Amma növbəti seçkilərdə belə düşünənlər yanıldıqlarını gördülər. Bunlar heç nə olmamış kimi elə "mehribanlaşdılar" ki, hətta iki partiyanın birləşməsindən də dəm vurdular. Lakin bu da çox çəkmədi. Növbəti parlament və prezident seçkilərində başqa oyunlar oynadılar. İndi yenə də hər iki tərəfin yetkililəri açıqlama verərkən bildirirlər ki, qarşı tərəf körpüləri tamamilə yandırıb, ona görə də bundan sonra əməkdaşlıq qeyri-mümkün görünür. Görəsən, bu, sayca neçənci yanan körpüdür?
AXCP Ali Məclisinin sədri Həsən Kərimovun açıqlaması isə deyilənləri bir daha təsdiq edir. Bundan sonra Müsavat Partiyası ilə hər hansı bir müstəvidə birliyin mümkün olmayacağını bəyan edən Həsən Kərimov deyir: "Siyasət elə bir sahədir ki, orada daimi dost, daimi düşmən olmur. Orada münasibətlər mövcud ictimai-siyasi proseslərə uyğun qurulur". Deməli, bu gün söy, təhqir et, "satqın", "yaltaq" adlandır, sabah yenə "dost" ol. Əhsən sizin apardığınız siyasətə...
Bu xatırlatmaları ona görə etdik ki, yaşlı nəslin bələd olduğu dağıdıcı müxalifətin çirkin oyunlarını gənc nəsil də unutmasın. Onsuz da ölkə ictimaiyyətinə tanış olan bu cür qüvvələr etimadı, inamı XX əsrdən itiriblər. Amma belə görünür ki, xalq XXI əsrdə yenə siyasi buqələmunların köhnə oyunlarına tamaşa etmək məcburiyyətindədir. Yəqin, fərq ondadır ki, yeni oyunlar 3D formatlıdır. Müasir texnologiyalarla yenilənmiş "oyunlar"da rəhmətə getmiş şəxslərin dilindən də danışmaq, söymək, ittiham etmək mümkündür. Özlərini müxtəlif formada təhqir etdikləri bəs deyil, indi keçiblər mərhum AXCP sədri Əbülfəz Elçibəyin dilindən danışmağa. Görəsən, növbəti "danışan rəhmətlik" kim olacaq?! Belə görünür ki, bu xəmir hələ çox su aparacaq.
Dünən isə vəziyyət bir qədər də kritikləşib. Artıq bu şəxslər bir-birinin evini güddürür və hansı mal-mülkə sahib olduqları barədə mətbuata məlumat ötürürlər. Həqiqətən düşərgədə çox xoşagəlməz vəziyyət yaranıb.
Bütün bunları kənardan seyr edənləri bu gün doğrudan da bir sual düşündürür: görəsən, iki "mehriban düşmən" arasında baş verən bu hadisələrin, çirkin oyunların əsl səbəbi nədir? Bu aqressiv qüvvələrin başladıqları kampaniyanın arxasında nə durur?
Özlərini deyə bilmərik, amma dəqiq bilirik ki, artıq bu çirkin oyunlardan xalq, eləcə də mətbuat bezib. Hər ağızdan bir avaz gəlir. Amma görünən və hiss olunan odur ki, bir-birini çox kəskin şəkildə təhqir edən, satqın, "zombi dəstəsi", "Azərbaycanın taliban"ları, "güdükcü" adlandıran tərəflər sadəcə olaraq vassallarına yarınmağa çalışırlar. Çox güman ki, yaxın günlərdə bunun nə ilə nəticələnəcəyinin şahidi olacağıq.
"Azərbaycan"
DİGƏR XƏBƏRLƏR
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto/Video)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





