Siyasət

Prezident İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib - FOTO

26 Dekabr 2013 12:50
Baxış: 1 706
AzərTAc xəbər verir ki, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxdı.

Prezident İlham Əliyev yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir. Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılmışdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.