İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birlikdə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı birgə bəyanatında deyilir.
"Bir il əvvəl Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə ev sahibliyi edib və Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə Bəyannamə imzalayıblar. Üç liderin şahidliyində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər", - Bəyanatda deyilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
XƏBƏR LENTİ
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)





