Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN
Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı yerli medianın sualına cavabında deyib.
O bildirib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.
"Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır", - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 27 iyul tarixində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda çıxışı zamanı bildirib ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
XƏBƏR LENTİ
-
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi
-
Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı
-
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
-
Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
-
Moldovada 30 günlük həyəcan rejimi elan edildi
-
Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN
-
Abşeron və Bakının bəzi ərazilərində su kəsiləcək
-
Tacikistan ərəb geyimlərini qadağa etdi
-
Sığorta şirkətləri 6 ayda 867 milyon manat topladı
-
"Son 2 ayda ölkəyə gətirilən botoks preparatlarında problem var" - İddia
-
Ermənistandan Rusiyaya göndərilən 39 min məhsul məhv edildi
-
Milli Qəhrəman Natiq Qasımovun 5 gün tək başına döyüşdüyü Alban məbədi - (Video)
-
Moskvaya kütləvi dron hücumu - (Video)
-
Yaponiya küçələrinin ayaqyalın təmizliyini yoxladı - Nəticə heyrətləndirdi - (Video)
-
Ceyranbatandakı yanğında uşaq özünü binadan ataraq yaralanıb
-
Türkiyədə tanınmış şəxslərin narkotik nəticələri açıqlandı
-
Onlara dövlət mənzil verəcək, 3 il müavinət ödəniləcək
-
Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı
-
Nəsrin Cavadzadənin serialı ilə bağlı yeni qərar
-
Bakıda küləyin sürəti 22 m/s-yə çatdı
-
Polis bir gündə 43 cinayətin üstünü açdı
-
Emmanuel Addainin yeni komandası bəlli oldu
-
"Sabah" bu gün Finlandiyada həlledici sınağa çıxır
-
İyulun 29-dan 5 məktəbdə sərbəst qəbul başlayacaq





