Siyasət

Prezident: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib

23 Mart 2026 12:06
Baxış: 350

Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib.

Milli.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşdə söyləyib.

Bir çox müasir istirahət zonalarının, hotellərin, iaşə, mədəniyyət, təhsil obyektlərinin yaradıldığını vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib: "Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.