Siyasət

Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb - FOTO

6 Yanvar 2026 14:42
Baxış: 616

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb.

Milli.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiyayönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub.

Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.

Hayma Al Zari Omanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

Söhbət zamanı biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.