Siyasət

“Moskva-Bakı münasibətləri hazırda çətin dövrünü yaşayır”

21 İyul 2025 20:32
Baxış: 793

Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm bünövrəyə malik olsa da, hazırda çətin mərhələdən keçir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva ilə Bakı arasında əlaqələr qarşılıqlı hörmətə, ortaq maraqlara və faydalı əməkdaşlığa əsaslanır: "Həqiqətən də iki ölkə arasında möhkəm təməl mövcuddur. Qarşılıqlı faydalı əməkdaşlıq, ortaq maraqlar və hörmət bu münasibətlərin əsasını təşkil edir. Lakin bəzən dövlətlər arasında çətin mərhələlər də yaşanır. Hazırda biz də belə bir mərhələdən keçiririk", - deyə Kreml sözçüsü qeyd edib.

Peskov bildirib ki, mövcud gərginlik uzun sürməyəcək və münasibətlərdəki bu mərhələ tezliklə arxada qalacaq: "Əminəm ki, hər iki ölkə üçün faydalı əməkdaşlıq davam edəcək" - deyə o, vurğulayıb.

Kənan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.