Siyasət

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə yeni qurumlar verildi

17 Aprel 2025 16:42
Baxış: 463

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı genişlənib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 5 noyabr 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nı genişləndirilib.

Siyahıya "Azərbaycan alüminiumu" ASC, "Azəralüminium" və "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-lər verilib.

Həmin şirkətlər yaxın vaxtlara qədər hazırda ləğv prosesində olan "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansında olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.