Siyasət

İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır - Fərzanə Sadiqi

8 Aprel 2025 13:55
Baxış: 616

İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi aprelin 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğuladı.

Qonaq qeyd etdi ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.