Siyasət

Politoloq: “Türkiyə ilə İsrail arasında gərginlik artacaq”

31 May 2010 12:11
Baxış: 318
İsrailin humanitar yardım gəmilərinə hücumu onsuz da gərginləşməkdə olan Türkiyə-İsrail münasibətlərini daha da gərginləşdirəcək.
Bunu Milli.Az xəbər portalına açıqlamasında politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Türkiyə haqlı olaraq İsrailin cəzalandırılmasını tələb edəcək. Politoloq hesab edir ki, rəsmi Ankara bu məsələni müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən, BMT Təhlükəsizlik Şurasında qaldıra bilər: "Əgər İsrailin gəmilərdəki hansısa qanunsuz yüklə bağlı məlumatı var idisə, narazılığını Türkiyəyə çatdıra bilərdi. Bu, İsrailə Türkiyə bayrağı altında üzən və göyərtəsində mülki şəxslərin olduğu gəmilərə hücum etmək hüququ vermir".

Rasim Müsabəyov ümid edir ki, son hadisə Türkiyə ilə İsrail arasında hərbi gərginliyin artmasına səbəb olmayacaq. O, hesab edir ki, məsələnin siyasi yolla həlli, günahkarların cəzalandırılması və belə hadisələrin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi mümkündür.

ABŞ-ın reaksiyasına gəlincə, politoloq hesab edir ki, Barak Obama administrasiyası İsrailin addımlarını alqışlamayacaq.

Ceyhun
Milli.Az

Uyğun linklər:

İsrailin Türkiyədəki səfirliyi qarşısında aksiya keçirilir

Türkiyə XİN: "İsrail bu davranışının qarşılığını almalıdır!"

İsrail yardım aparan gəmilərə hücumla bağlı açıqlama verdi

İsrail Qəzzaya yardım aparan gəmilərə hücum etdi

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.